Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Çoban minaya düşdü, ayağını itirdi – Ermənistanın minaları hələ də can alır

By Vüsal Rafiqoğlu
10.07.2025 3 Min Read

Ağdərədə çoban minaya düşərək xəsarət alıb.

Musavat.com-a daxil olan məlumata görə Kəlbəcərdən olan Qulu Quliyev əslən kəlbəcərlidir, 30 ildən çoxdur ki, Ağdərə rayonun Şıxarx kəndində məskunlaşıb. Qulu Quliyev uzun müddətdir Həsənqaya kəndi ərazisində mal-qara saxlamaqla məşğul olur. Ötən gün heyvanlarını axtararkən səhvən minalı əraziyə keçib və minaya düşərək xəsarət alıb. 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quluyevin minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə minaya düşməsi ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən verilən məlumata görə, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Qeyd edək ki, Şıxarx və Həsənqaya kəndləri 1993-cü ildə erməni işğalından azad edilib. İşğal dövründə bu kəndlərin əraziləri uzun illər qoşunların təmas xətti olub.

Milli Məclisin deputatı Arzu Nağıyev Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanın işşaldan azad edilmiş ərazilərində baş verən hər bir mina hadisəsinə görə məsuliyyət Ermənistanın üzərindədir:

arzu_nagiyev.jpg (90 KB)

“Ermənilərin Azərbaycan ərazilərində basdırdığı və xəritələrini təqdim etmədikləri minalar bir çox vətəndaşımızın ölümünə və yaralanmasına səbəb olur. Təəssüf ki, beynəlxalq təşkilatlar bu cinayət qarşısında susurlar. Əgər insan haqları, humanizm prinsiplərindən danışılırsa, o zaman basdırılmış minaların dəqiq xəritələri də təqdim edilməlidir. Təqdim olunan xəritələrin isə yalnız 25 faizi real və faydalıdır, qalanları isə yanlış və yararsız sənədlərdir”.

Deputatın sözlərinə görə, Böyük Qayıdışın qarşısındakı ən böyük maneə məhz mina təhlükəsidir. O bildirib ki, Ali Baş Komandan İlham Əliyev beynəlxalq təşkilatların bu işdə iştirakını dəfələrlə vacib sayıb, lakin reaksiya zəifdir:

“Bu gün Azərbaycan torpaqlarını öz gücü ilə minalardan təmizləyir. Amma bu çoxlu vəsait və zaman tələb edir. Maarifləndirmə də önəmlidir. Ermənilər hətta kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqları da minalayıblar. Dünya ictimaiyyəti bu məsələdə Azərbaycana dəstək olmalı, Ermənistanı real mina xəritələrini təqdim etməyə məcbur etməlidir”.

Deputatın deyib ki, Azərbaycan bu sahədə ciddi beynəlxalq əməkdaşlıq həyata keçirir. Lakin təqdim olunan xəritələrin real faydası çox aşağıdır:

“Ermənistanın təqdim etdiyi mina xəritələri əsasən keçmiş təmas xəttini əhatə edir, 44 günlük müharibə zamanı minalanmış ərazilərə dair heç bir sənəd verilməyib. Bizim apardığımız monitorinqlər zamanı müəyyən edilib ki, Xocavənd, Goranboy, Kəlbəcər kimi rayonlardakı ərazilərin xəritələri ümumiyyətlə verilməyib”.

Deputat onu da qeyd edib ki, 2021-2022-ci illərdə Azərbaycanın təzyiqləri nəticəsində bəzi beynəlxalq aktorlar Ermənistanı xəritə təqdim etməyə vadar etsə də, onların dəqiqliyi 25 faizdən belə aşağıdır. Ermənistanla sərhədin müəyyən hissələri də minalanıb:

“Azərbaycanla İran arasında 132 kilometrlik sərhəd mina ilə çirklənib. Bu isə regionda sülh prosesinə mənfi təsir göstərir. Hər mina partlayışı sülhə atılmış zərbədir. Minaların təmizlənməsi çox vaxt və maliyyə tələb edir. Azərbaycanda bu proses BMT standartlarına uyğun həyata keçirilir”.

Deputatın sözlərinə görə, Azərbaycan Minalar Əleyhinə Konvensiyaya qoşulmasa da, onun tələblərini könüllü şəkildə yerinə yetirir və beynəlxalq öhdəliklərdən daha artıq səylə işləyir. Amma beynəlxalq maliyyə dəstəyi hələ ki, yetərsizdir: “İndiyə qədər tələb olunan vəsaitin yalnız 4-5 faizini ala bilmişik. Qalan bütün işlər dövlət büdcəsi hesabına görülür. Konvensiyaya qoşulmaqla bu dəstəyi daha da artırmaq mümkündür”.

Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldığı dövrdə işğalçılar sistemli şəkildə genişmiqyaslı mina “əkinçiliyi” ilə məşğul olublar. Bunun acı nəticəsidir ki, müharibənin bitməsindən dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, 300-dən artıq Azərbaycan vətəndaşı minaların qurbanına çevrilib. İlkin qiymətləndirmələrə əsasən, Ermənistan tərəfindən Azərbaycanın azad olunmuş ərazilərində basdırılan minaların sayı 1,5 milyonu keçib. Ölkəmizin 8235 kvadrat kilometrdən artıq ərazisi mina və digər partlayıcı sursatlarla çirkləndirilib. 1991-ci ildən 2024-cü il oktyabrın 14-nə qədər olan müddətdə 3400-dən çox insan mina partlayışları nəticəsində həlak olub və ya xəsarət alıb. Bu şəxslərin 359-u azyaşlı və gənc, 38-i isə qadındır. Təkcə İkinci Qarabağ müharibəsindən sonra – 2020-ci ilin noyabrından 2024-cü il oktyabrın 14-dək – 381 nəfər mina qurbanı olub. Onlardan 70 nəfəri həlak, 311 nəfəri isə yaralanıb. Həlak olanların 55-i mülki şəxs, 15-i hərbçidir. Ümumilikdə, bu dövrdə xəsarət alan mülki vətəndaşların 27 faizi kənd təsərrüfatı ilə məşğul olanlar, 32 faizi isə ata-baba torpaqlarına qayıdan şəxslərdir. Rəsmi məlumata görə, Vətən müharibəsindən sonra Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirklənmiş vəziyyətdədir. Beləliklə, Azərbaycan dünyada minaya görə ən çox çirklənmiş beşinci ölkə sayılır. Minatəmizləmə işləri bu günə qədər 349,1 milyon ABŞ dollarına başa gəlib. Bunun yalnız 16,1 milyon dolları beynəlxalq mənbələrdən əldə olunub. 2023-cü ildə isə Azərbaycan hökuməti təkcə dövlət büdcəsindən bu məqsədlə 110,2 milyon manat ayırıb. Ümumilikdə prosesin 30 ilə qədər vaxt aparacağı və 25 milyard dollara ehtiyac olduğu hesablanır.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lap az qaldı… – Bakı və Ankaradan kritik bəyanatlar

Next

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv