Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Böyük sülh öncəsi “baş məşq” və… Kremlin gecikmiş vasitəçilik təklifi

By Vüsal Rafiqoğlu
11.07.2025 2 Min Read

Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında sənəd, bəyanat imzalanmasa belə, zirvə görüşünü böyük sülh öncəsi “baş məşq” adlandırmaq mümkündür. Əksər siyasi müşahidəçilər 5 saatlıq müzakirələri sülh anlaşması yönündə tarixi dönüş, yaxud həlledici irəliləyiş kimi qiymətləndirməkdə haqlıdır. Hətta ilin sonunadək sülh (çərçivə) sənədinin imzalanacağı və ya artıq razılaşdırılan sülh sənədinin paraflanacağı istisna edilmir. Əlbəttə ki, üçüncü tərəfdən prosesə pəl vuranlar olmasa…

Diqqəti çəkən həmçinin ilk dəfə belə formatda ən yüksək səviyyəli danışıqların vasitəçilərsiz reallaşması idi. Bu da öz növbəsində tərəflər üçün məqbul ortaq perspektivi daha aydın, daha əlçatan edir. Çünki bütün hallarda vasitəçi ən əvvəl öz maraqlarından çıxış edir, sonra isə yer qalsa, tərəflərin. Özünü neytral kimi göstərmək istəsə belə. Situasiyanın həssaslığı isə məhz birbaşa danışıqları zəruri edir…

Bununla belə, Əbu-Dabi danışıqları bitər-bitməz, Rusiyadan yenə vasitəçilik təklifi gəlib. Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, “Moskva Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illərdə imzaladığı üçtərəfli sazişlər əsasında İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır”.

Görəsən ötən ilin dekabrlından bizimlə açıq qərəz aparan və kin püskürən, bölgə ilə bağlı imperiya ambisiyalarını gizlətməyən, hətta vaxtaşırı Güney Qafqaz ölkələrini hədələyən Rusiyanın vasitəçiliyi bizə lazımmı? Həm də “2020-2022-ci illərin üçtərəfli anlaşmaları əsasında”.

Təbii ki, yox. Ötə yandan, Kremldə bilməmiş deyillər ki, həmin anlaşmalar artıq tarixdir. O vaxtdan aradan çox su axıb. Regionumuz və onun ətrafında geosiyasi reallıq hazırda başqadır. Və nə yaxşı ki, Moskvanın ziyanına olan, onun bölgəyə toksik təsirini azaldan bir reallıqdan söhbət gedir…

Məsələn, 10 noyabr (2020) üçtərəfli sənədin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinə Rusiya “FSB”-sinin (FTX) nəzarəti nəzərdə tutulur. Amma və lakin indi nə İrəvan, nə də Bakı buna razıdır. Ermənistanın motivi bəlli: İrəvan daha strateji müttəfiq kimi Moskvaya inanmır. O səbəbə onun təsir dairəsindən uzaqlaşmağa, ondan qurtulmağa can atır.

SULH EN SON.jpeg (243 KB)

Üstəgəl, neçə vaxtdır Rusiya Ermənistanı qarışdırmağa, təzədən öz əlaltılarını hakimiyyətə gətirməyə çalışır. Hansı ki, Azərbaycanın da maraqlarına uyğun deyil. Ən azı üfüqdə sülh sənədinin imzalanması gözlənildiyi üçün.

Bakı həm də şimal qonşunuzun yumşaq desək, ona yuxarıdan aşağı, təkəbbürlü münasibətindən təngə gəlib. AZAL təyyarəsinin vurulması, Yekaterinburq hadisələr bu xüsusda səbrimizi daşıran son olaylar idi.

Məlum oldu ki, Rusiya heç illərlə ona loyal olmuş, Moskva Bəyannaməsi imzalamış Azərbaycana münasibətdə də səmimi deyilmiş. Yalançı strateji tərəfdaşlıq isə Rusiyaya yalnız ölkələri öz orbitində saxlamaq üçün gərək imiş. Qonşu və pravoslav Ukraynaya qarşı davam edən işğalçı müharibə buna zərrəcə şəkk-şübhə saxlamır…

Odur ki, bu dövlətin guya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və barışıq əldə olunmasına töhfə vermək istəyi inandırıcı və səmimi görünmür. Rusiya vasitəçiliyi özünə saxlasın. Gecdir. Çox gec. Moskva hələ SSRİ dönəmində ədalətli vasitəçilik şansını itirib. Necə deyərlər, “adın çıxınca canın çıxsa yaxşıdır”.

Dəfələrlə yazmışıq, yenə təkrarlamaqda fayda var ki, ondansa Kreml sülh prosesinə əngəl yaratmasın, bu, elə Azərbaycan və erməni xalqlarına ən böyük yaxşılıq, sülhə ən böyük töhfə olar. Qısası, məşhur ifadə ilə desək, “xeyrini istəmirik, şərini bizdən uzaq elə”…

Z. SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İyulun 11-də Ümumdünya Əhali Günü qeyd olunur

Next

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ – Yeni TƏHLÜKƏ ÜZƏ ÇIXDI…

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv