Dünya 

Ərdoğan zəlzələdən DANIŞDI – 8 nəfər…

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.

R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.

Daha çox xəbərlər