Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

By Vüsal Rafiqoğlu
22.07.2025 3 Min Read
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Ulu Öndər Heydər Əliyev.
Azərbaycan xalqının ictimai, siyasi və mənəvi həyatında mühüm rol oynayan bir tarix var: 22 iyul. Bu gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Tarixi əhəmiyyət daşıyan bu gün 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan ilk milli qəzet – “Əkinçi” qəzetinin çap olunması ilə bağlıdır. “Əkinçi” qəzeti təkcə bir nəşr deyildi, o, milli mətbuatın, azərbaycançılığın, xalq maarifçiliyinin başlanğıcı idi.
Həsən bəy Zərdabi savadsızlıqla mübarizə aparmağın, xalqı maarifləndirməyin yeganə yolunu mətbuatda görürdü. Onun bu uzaqgörən və fədakar addımı nəticəsində Azərbaycanda milli mətbuat ənənəsi yaranmağa başladı. “Əkinçi” sadə dildə yazılır, kəndlinin, müəllimin, xalqın gündəlik problemlərindən bəhs edirdi. Bu, xalqla ünsiyyət qura bilən, onu anlayan və ona xidmət edən bir mətbuat nümunəsi idi.
Sonrakı illərdə bu yol davam etdirildi. “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” və s kimi nəşrlər ictimai-siyasi fikir tariximizdə dərin iz buraxdı. Xüsusilə “Molla Nəsrəddin” satirik üslubla xalqı düşündürən, tənqid edən və maarifləndirən bir tribuna oldu.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əyani təzahürüdür.
Müasir dövrdə media sadəcə informasiya mənbəyi deyil, eyni zamanda cəmiyyətin inkişafına təsir edən mühüm bir qüvvəyə çevrilib. Jurnalistlər ictimai nəzarət mexanizminin bir hissəsidir. Onlar cəmiyyətdə şəffaflıq, ədalət və obyektivliyin qorunmasında vacib rol oynayırlar.
Lakin informasiya axınının sürətlənməsi, sosial medianın geniş yayılması bəzi hallarda dezinformasiyanın yayılmasına da səbəb olur. Bu da peşəkar, məsuliyyətli və vicdanlı jurnalistikanın əhəmiyyətini bir daha ön plana çıxarır. Məhz bu səbəbdən mətbuat işçilərinin etik prinsiplərə, obyektivliyə, dəqiqliyə sadiq qalması vacibdir.
Mətbuat – sadəcə xəbər daşıyıcısı deyil, cəmiyyətin aynasıdır. Jurnalist – sadəcə söz adamı deyil, vicdanın, obyektivliyin və ictimai məsuliyyətin daşıyıcısıdır. Xalqla dövlət arasında körpü rolunu oynayan media nümayəndələri zaman-zaman çətinliklər, təzyiqlər, risklər qarşısında dayanaraq həqiqəti qorumağa çalışıblar. Bu peşə fədakarlıq və güclü mənəvi dayaq tələb edir.
22 iyul təkcə peşə bayramı deyil, həm də mətbuatın cəmiyyətdəki rolunun, jurnalistlərin zəhmətinin tanınması günüdür. Bu münasibətlə bütün qələm sahiblərini, media nümayəndələrini təbrik edir, onlara uğurlar arzu edirik.
Mətbuat yaşadıqca cəmiyyət danışacaq, düşünəcək və inkişaf edəcək.
Paşayev Ələddin – Livepress.media saytının redaktoru
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin ABŞ-la bağlı anonsunun şifrələri

Next

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat BAŞLADI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv