Prezident təqaüdünün məbləği ARTIRILDI
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla həmin məbləq sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.