Cəmiyyət 

Arif Babayevlə vida mərasimi keçirilir – FOTOLAR

Xalq artisti, muğam ustadı Arif Babayevin nəşi Beynəlxalq Muğam Mərkəzinə gətirilib.

Musavat.com-un məlumatına görə, hazırda sənətkarla vida mərasimi keçirilir.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, mərhum sənətkarın ailə üzvləri, sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər