Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

30-40 bal yığıb… xaricdə oxumaq absurddur

By Vüsal Rafiqoğlu
02.08.2025 3 Min Read

Savadsızlıq pasportu və ya xaricdə “təhsil” macərası…

Son illər Azərbaycanda maraqlı, amma eyni zamanda düşündürücü bir tendensiya formalaşıb: Buraxılış və qəbul imtahanlarında cəmi 30-40 bal toplayan abituriyentlər belə xaricdə, xüsusən də Türkiyə universitetlərində “təhsil almağa” gedirlər. Hətta bu proses o qədər geniş vüsət alıb ki, artıq bəzi ailələr üçün “imkansız halda belə övladını xaricə göndərmək” adətə çevrilib.

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə  qabaqcıl ölkələrdəndir - AZƏRTAC

Ramin Nurəliyev 

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirir ki, bu meylin əsas səbəbləri həm valideynlərin yanlış yönləndirməsi, həm də təhsil sistemindəki boşluqlardır. Onun sözlərinə görə, attestatla xarici universitetlərə qəbul qanunidir, dünyanın inkişaf etmiş ölkələrində də bu təcrübə var: “Amma bizdə fərqli bir vəziyyət yaranıb: Azərbaycanda buraxılış və qəbul imtahanında 30-40 bal yığan şagirdin Türkiyədə universitet təhsilini uğurla başa vuracağına inanmaq çətindir. Belə gənclərin əksəriyyəti ya ali məktəbi bitirə bilmir, ya da 4 illik təhsili 7-8 ilə uzadır. 40-50 faizi, bəlkə də daha çoxu, ümumiyyətlə diplom ala bilmir. Bəziləri isə dərsə getmədən, yalnız hərbi xidmətdən möhlət almaq üçün sənəd təqdim edir, faktiki olaraq işləyir”.

Bu prosesin nəticəsi həm maddi, həm də zaman itkisi olur. Valideynlər bəzən illərlə borca girir, övladlarının gələcəyi naminə böyük məbləğlər xərcləyir, amma sonunda ortada nə diplom olur, nə də savad. Bəs bu prosesin qarşısını almaq mümkündürmü? Aşağı nəticə göstərənlərin xaricdə təhsil almaq hüququ məhdudlaşdırıla bilərmi? Yoxsa çıxış yolu yalnız maarifləndirmədir?

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat” a açıqlamasında bildirib ki, bəzi valideynlərin övladlarını israrla ali məktəbə yönləndirməsi, hətta bunun üçün müxtəlif yollar axtarması ciddi sosial və təhsil problemlərinə səbəb olur. Onun sözlərinə görə, bu gün bəzi valideynlər övladlarına diplom qazandırmaq və ya onları əsgərlikdən yayındırmaq üçün hətta rəsmi boşanma kimi qeyri-adi addımlara əl atırlar: “Bu cür düşüncə tərzi qısa müddətdə məqsədəuyğun görünsə də, gələcəkdə ailələr üçün böyük fəsadlar yaradır. Hazırda təkcə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 50-60 min civarındadır və onların böyük qismi attestatla qəbul olunanlardır. Amma problem ondadır ki, bu gənclərin aldıqları diplomlar Azərbaycanda çox zaman tanınmır. Sonra bu gənclər ölkəyə qayıdır, amma diplomu tanınmır, işə düzələ bilmir. Dövlət İmtahan Mərkəzinin qəbul ballarını aşağı salması müəyyən qədər xaricə axının qarşısını almağa hesablanıb. Amma nəticədə təhsil səviyyəsi zəif gənclər də universitetə daxil olur, sonra isə dərslərdə çətinlik çəkir, akademik borcları artır, ali məktəbi yarımçıq qoyur. Bu, təhsil sistemində yeni problemlər yaradır”.

Ceyhun Məmmədov hesab edir ki, hər gəncin ali təhsil alma potensialı olmaya bilər və bu, təbii haldır. Valideyn övladının potensialını nəzərə almalıdır: “Əgər bir gəncin ali məktəbdə uğur qazanmaq şansı yoxdursa, onu məcbur etmək olmaz. Əksinə, peşə məktəblərinə, kolleclərə yönəltmək daha məqsədəuyğundur. Peşə təhsili çox hallarda ali təhsildən daha praktik və gəlirli ola bilər. Təəssüf ki, bizdə hələ də peşə təhsilinə qarşı yanlış yanaşma var”.

Deputatın fikrincə, bu prosesin inzibati yollarla qarşısını almaq çətindir. Ən effektiv üsul isə maarifləndirmədir. Onun sözlərinə görə, heç bir dövlət orqanı kimsənin xaricdə təhsil almasını qadağan edə bilməz: “Düzgün təbliğat aparılmalıdır ki, gənclər yalnız qabiliyyəti, marağı və məqsədi varsa, ali təhsilə üz tutsunlar. Digərləri isə peşə təhsilinə yönəlsin. Əks halda, itirilən illərin və xərclərin məsuliyyəti həm ailələrin, həm də cəmiyyətin üzərinə düşəcək”.

Göründüyü kimi, “hər kəs ali təhsil almalıdır” düşüncəsi həm ailələrə, həm də dövlətə baha başa gəlir. Hər kəs üçün vacib olan ali məktəb deyil, düzgün istiqamətləndirmədir. Əks halda, 30-40 bal yığanların xaricdə “təhsil macərası” həm gənclərin gələcəyini, həm də ölkənin insan kapitalını itirməyə səbəb olacaq.

Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məktəbli formaları bu il neçəyədir?

Next

Rusiya üçün yaxınlaşan “qara cümə”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv