Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın beynəlxalq platformalarda təmsilçiliyi strateji xarakter daşıyır

By Vüsal Rafiqoğlu
02.08.2025 6 Min Read

Laçında  Azərbaycan, Türkiyə və  Pakistan liderlərinin  Zirvə görüşü, Xankəndidə  İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci  Zirvə toplantısının təşkili  türk birliyinin və İslam həmrəyliyinin əyani təzahürüdür

Son vaxtlar Yaxın  Şərqdə baş verən hadisələr  beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının  «dişsiz quruma» çevrilməsi dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Yaranan vəziyyət  ölklərarası ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığa da   əngəl törədir.  Yaşıl  enerjiyə artan tələbat, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətinin daha çox hiss olunduğu məqamda birlik və həmrəyliyə daha  çox ehtiyac duyulur. Belə məqamda  xarici siyasət məsələlərində problemlərə  ortaq yanaşmanın təşviqinə, dünyada sülhün bərqərar edilməsinə, beynəlxalq terrorizmə, separatçılığa, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizədə  İslam həmrəyliyi, türk birliyi  öz sözünü deyir. Türk Dövlətləri Təşkilatının (TDT)  Qazaxıstanın paytaxtı Astanada  «Türk Əsri”» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü,  2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə türkdilli ölkələrin dövlət və hökumət başçıları səviyyəsində COVID-19 -a həsr olunmuş fövqəladə Zirvə görüşündə pandemiya ilə mübarizənin gücləndirilməsi üçün  Bakı Bəyannaməsinin qəbulu bu birliyin sarsılmazlığına nümunədir.  İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə TDT-yə üzv dövlətlərin Azərbaycan xalqı ilə həmrəyliyi  ölkələrimiz  arasında coğrafi bağlılığı  daha da möhkəmləndirdi. İkinci Qarabağ müharibəsinin davam etdiyi  günlərdə həmişə yanımızda olan, tarixi Qələbəmizə sevinən türkdilli dövlətlərin, xüsusilə   Türkiyənin Azərbaycana göstərdiyi  dəstəyi xalqımız heç vaxt unutmayacaq. Vətən müharibəsindən sonra  Şuşada  rəsmi Ankara ilə Bakı  arasında imzalanan Müttəfiqlik Bəyannaməsi, Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan  azad edilmiş  Şuşaya, Füzuliyə, Zəngilana, Cəbrayıla  davamlı səfərləri, Füzuli,  Zəngilan, Laçın  Beynəlxalq Hava limanlarının, Zəfər yolunun açılış mərasimlərində cənab İlham Əliyevlə  birgə iştirakı  xalqlarımızın qardaşlığının əbədiyyət rəmzidir. Müttəfiqlik Bəyannaməsində xüsusi diqqətçəkən, Tarixi İpək Yolunun  bərpası kimi dəstəklənən  Zəngəzur dəhlizinin açılması  ilə türkdilli dövlətlər arasında nəqliyyat, yükdaşıma problemləri  daha sərfəli tariflərlə və asan yolla tənzimlənəcək. 2021-ci ilin   iyul ayında isə  Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin  Bakı  Bəyannaməsini imzalamaları    əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu.  Üçtərəfli formatda davam edən   əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə etdi. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər , habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq və dialoq dünya siyasətinə uyğun   formalaşdırılır, təkmilləşdirilir. Azərbaycanın regionda yaratdığı reallıqların ən aktual nümunəsi olan « yaşıl enerji» siyasəti də  qardaş ölkələr tərəfəindən dəstəklənir.

2023-cü ilin  fevralında Türkiyənin müxtəlif vilayətlərində baş verən, «Əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında həmrəylik simvolu kimi  bu birliyin sarsılmazlığını bir daha dünyaya bəyan etdi.  Həmin günlərdə TDT-nın  Ankarada «Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım”» mövzusunda Fövqəladə  Sammitinin keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”» sözləri ilə  səmimi duyğularını ifadə edən, iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun  yaradılmasının əhəmiyyətini  diqqətə çatdıran   Rəcəb Tayyib Ərdoğan həyata keçiriləcək islahatların əhəmiyyətindən də bəhs etdi.   Zəlzələdən daha çox əziyyət çəkən Kahramanmaraşda  ölkəmizin maliyyə  dəstəyi ilə inşa olunan «Azərbaycan məhəlləsi»nin açılış mərasimində hər iki dövlət başçısının bu birliyə töhfə olan sözləri həm də  İslam həmrəyliyinin də göstəricisi idi.

Türkiyə ilə Azərbaycan  hərbçilərinin birgə   iştirakı ilə keçirilən  təlim- məşqlər, Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması təşəbbüsü qardaş ölkələrimizin  müdafiə qüdrətinin artırılmasına yönələn ciddi addımlardır. Artıq bütün dünya ictimaiyyəti də etiraf edir ki, türk dövlətlərinin birliyi  Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik  çərçivəsində davamı üçün örnəkdir.

Dünyanın siyasi masasında hələ də həllini gözləyən problemlərə fərqli  yanaşmaların  mövcud olduğu zamana təsadüf edən, xalqımızın böyük tənətənə ilə qeyd etdiyi 2025-ci il   28 May- Müstəqillik Günündə  Laçında  Azərbaycan, Turkiyə, Pakistan liderlərinin Zirvə görüşü beynəlxalaq aləmdə  narahatlıq doğuran problemlərin həlli yollarına  baxış oldu. Bir daha təsdiqləndi ki,  Azərbaycan ifadəsi təkcə coğrafi  məfhum deyil, dünya siyasətinin aparıcı dövləti, hədəflərə çağırış məkanıdır. Xəritədə  kiçik yer tutan Azərbaycanın yerləşdiyi  məkandan  daha böyük, önəmli  dövlət olması  təsdiqləndi. Bütün dünyada törədilən ən qanlı terror aktları  ilə insanlara dəhşətlər yaşadan PKK kimi  təşkilatın özünü buraxdığı, silahlarını təhvil verdiyi,  Pakistanla Hindistan arasında  yaranan qısamüddətli müharibənin   rəsmi İslamabadın  Qələbəsi ilə   sona çatdığı, Azərbaycanın tam və mütləq  suverinliyinin bərpa edildiyi  məqamda keçirilən Zirvə görüşü  hər üç dövlətin siyasi hakimiyyətinin iradəsinin məntiqi nəticəsi idi. Tarixi ənənələrə söykənən üç dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında möhkəmlənən birliyi  Laçın Zirvə görüşü ilə uğur səhifəsinə çevrildi.

Bundan əvvəl Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən ilk   üçtərəfli görüşdə  bu cür  əməkdaşlığın mütəmadi  xarakter daşıyacağını  bildirən  dövlət rəsmiləri  Laçın görüşü ilə vədlərinə sadiq qaldılar. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdikləri siyasi və mənəvi dəstək xüsusi vurğulandı.  İqtisadi-ticari əlaqələrin artan dinamikasına uyğun daha da möhkəmlənən bu dostluq Orta Dəhliz layihəsində birgə iştirak imkanlarına yol açır. Üç ölkənin təşəbbüsləri əsasında  müasir dövrün əsas tələbi olan  rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar, turizm əlaqələrinin genişlənməsi,  yeni əməkdaşlıq sahələri ilə bağlı təkliflərlə, birgə layihələrlə  münsibətlərdə  yeni səhiflər formalaşdırılacaq.   Hər üç ölkənin Avropa ilə Asiyanın kəsişməsində, son dərəcə strateji bir bölgədə yerləşdiyini,   hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzə gəldiklərini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  sınaqlardan əminliklə çıxmaq üçün  həmrəylik və birgə fəaliyyətin əhəmiyyətini zərurət adlandırdı.  Qardaş ölkələrin eyni  baxışını əks etdirən güclü çərçivənin  hazırlanmasına daha diqqətlə yanaşılacağını vurğuladı.  Əməkdaşlığın strateji aspekti olan  nəqliyyat sahəsində «İnkişaf Yolu»”, «Orta Dəhliz”» və «Şimal-Cənub Nəqliyyat Dəhlizi»” kimi layihələrdə birgə iştirakı dünyanın nəqliyyat xəritəsinə  töhfə  kimi dəyərləndirdi.  Astanada  üçtərəfli formatda təşkil olunan  Zirvə görüşündə qarşıya qoyulan vəzifələrin  Laçında  xalqlarımızın istəyinə uyğun yeni səviyyəyə qaldırılacağını əminliklə ifadə edən   Pakistanın Baş naziri  Məhəmməd  Şahbaz Şərif  əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlı olan  əməkdaşlığın  Qarabağda, Kəşmirdə və Şimali Kiprdə təsdiqləndiyini bildirdi.

Hər cür münaqişələrə qarşı barışmaz olduğunu, mərhəmətin, səbrin, müdrikliyin bütün münaqişələrin açarı olduğunu qeyd edən Baş nazir  əminliklə söylədi  ki,  təlatümlü dünyamızda  siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir: «Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.»

Laçında keçirilən  Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı.  Azərbaycanla eyni səviyyədə səslənən   Qlobal Cənub məfhumu coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunan bu şəhərin simasında təsdiqləndi.  Zirvə görüşü  Azərbaycanın suverenliyinin təsdiqi olmaqla Ermənistanın işğalından azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da fərqləndi. Qüdrətli Azərbaycanın ələbaxan Ermənistan üzərində Zəfəri,  legitimliyi, suverenliyinin tam və mütləq Qələbəsi bu görüşlə bir daha   təsdiqləndi.  Ölkələr arasındakı siyasi, iqtisadi,  diplomatik dəstəyin  qardaşlıq münasibətlərinə çevrilməsi  yolları açıqlandı. Görüşün  Cənubi Qafqazda və daha geniş mənada deyilsə  Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verməsi  İslam həmrəyliyinin  daha bir təzahürü oldu.  Türkiyə və Pakistan üçün Cənubi Qafqazın yeni siyasi, iqtisadi  platforma olması bu görüşlə növbəti dəfə təsdiqləndi.

Müasir dünyamızda regional xarakter daşıyan beynəlxalq təşkilatların əhəmiyyətinin artması türk dövlətlərinin  münasibətlərində də hiss olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma geniş imkanlar yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) bu prizmadan yanaşdıqda qurumun təkcə Azərbaycan üçün deyil, bütün üzv dövlətlər üçün mühüm olduğu anlaşılır.  Məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticari əlaqələri  təşviq etmək, dünya iqtisadiyyatına inteqrasiya və səmərəli nəqliyyat sistemini inkişaf etdirməkdən ibarət olan  ECO-ya 1992-ci ildə qoşulan Azərbaycanın  region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı güclənir.  Adları  dünyanın   qüdrətli ölkələri sırasında çəkilən    Azərbaycanın, Türkiyənin, İranın,  Pakistanın,  Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın təmsil olunduqları təşkilat türk birliyinin, İslam həmrəyliyinin  parlaq nümunəsidir.  Cənub Qaz Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, (Orta Dəhliz) və digər layihələrdə  ECO dövlətlərinin iştirakı  Azərbaycanla həmrəylik nümunəsidir.  Zirvə görüşündəki çıxışında  2023-cü ildə Şuşada  ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün uğurla keçirildiyini  xatırladan  Prezident İlham Əliyev  ECO-nun 17-ci  Zirvə görüşünün  Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsini   əlamətdar hadisə adlandırdı. Zirvə görüşündə  Azərbaycanın ECO müstəvisində fəaliyyətinin,  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rolun  yüksək dəyərləndirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun  daha bir ifadəsi idi.  Xüsusi vurğulandı ki,  Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr ECO ölkələri arasında mal və xidmətlərin sərbəst hərəkətini asanlaşdırır. Azərbaycanın bu infrastruktura sərmayə qoyması və nəqliyyat şəbəkələrinin modernləşdirilməsinə verdiyi dəstək təşkilatın ticarət potensialını artırmağa kömək edir. Bu layihələr, həm də ECO-nun «İpək yolu»”nun bərpası təşəbbüsünün reallaşmasını, Qlobal Cənubun  regionun dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Xənkəndidə keçirilən Zirvə görüşü bir daha təsdiqlədi ki,  Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır.

Göründüyü kimi, İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilən, təriqətlərarası sülh və etimad mühitini formalaşdıran  Azərbaycan həm də beynəlxalq miqyasda müsəlman həmrəyliyini möhkəmləndirən aparıcı qüvvədir. Bu istiqamətdə çoxsaylı təklifləri, təşəbbüsləri , çağırışları dəstəklənən, proqnozlarının reallaşmasında    qətiyyət göstərən Prezident İlham Əliyevin «Çalışacağıq ki İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar» sözləri Azərbaycanın İslam dünyasına təqdim etdiyi yeni inkişaf formulunun   həyatda təsdiqlənən təcrübəsinin təzahürüdür.

Xuraman İsmayılqızı, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mc Donalds-da çəkilən görüntülər şoka salır – Burqerlər belə hazırlanırmış – VİDEO

Next

DYP bu sürücülərə müraciət etdiFOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv