İSLAM 

İslam dinində 3, 7, 40 mərasimləri varmı? – İlahiyyatçıdan açıqlama

Azərbaycanda vəfat edən şəxs üçün 3, 7, 40 və bəzən də 52 günlük yas mərasimlərinin keçirilməsi geniş yayılmış adətlərdən biridir. Lakin bu mərasimlərin İslam dinində hər hansı dini əsasının olub-olmaması müzakirə mövzusudur.

BiG.AZ-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, İslamda vəfat edən şəxslə bağlı vacib olan əsas məsələlər onun yuyulması, cənazə namazının qılınması və dəfn edilməsidir. Bundan sonra yaxınlar başsağlığı verir və cənazə mərasimində iştirak edirlər:
İslam dinində 3, 7, 40 mərasimləri varmı? – İlahiyyatçıdan açıqlama“Azərbaycanda 3, 7 mərasimlərinin keçirilməsi, ehsan süfrələrinin açılması və müxtəlif yeməklərin verilməsi İslam dinində yoxdur. Əksinə, dinimizdə vəfat edən şəxsin ailəsinə maddi yardım göstərilməsi tövsiyə olunur. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) dövründə də bu cür hallar yaşananda insanlar mərhumun ailəsinə yardım edərdilər. İslamda əsas olan budur: ehtiyac içində olanlara kömək etmək. Azərbaycandakı dəbdəbəli yas mərasimləri isə daha çox illərlə formalaşmış adət-ənənə xarakteri daşıyır”, – deyə ilahiyyatçı vurğulayıb.

Daha çox xəbərlər