Cəmiyyət 

Qarabağ Dirçəliş Fondu: Müşahidə Şurasının tərkibində dəyişiklik baş verməyib

Məlum olduğu kimi, avqustun 12-də Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib.

“Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprelində fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin son Sərəncamında məhz bu dəyişikliklər nəzərə alınaraq Şura üzvlərinin vəzifə adlarında müvafiq düzəlişlər edilib. Həm Muxtar Babayev, həm də Tural Gəncəliyev əvvəlki kimi Müşahidə Şurasının üzvləri olaraq fəaliyyətlərini davam etdirirlər”, – deyə məlumatda qeyd olunub.

Daha çox xəbərlər