Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan turizmində yeni üfüqlər

By Vüsal Rafiqoğlu
20.08.2025 4 Min Read

Beynəlxalq tanıtım strategiyaları ölkəmizin turizm potensialını və turist axınını artırır

Azərbaycan zəngin tarixi irsi, təbii gözəllikləri və geniş turizm imkanları ilə beynəlxalq səviyyədə diqqət çəkir. Ölkəmizin turizm sektorunun inkişafı yalnız yay mövsümü ilə məhdudlaşmır, eyni zamanda ekoturizm və aqroturizmin təşviqi, qeyri-mövsüm turizminin stimullaşdırılması ilə də dəstəklənir. Bu tədbirlər Azərbaycanın turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına və ölkəyə gələn turistlərin sayının artırılmasına xidmət edir.

Bu kontekstdə ortaya çıxan əsas sual  isə belədir: “Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlarda aparılan tanıtım strategiyaları, ekoturizm və aqroturizmin inkişafına yönələn təşəbbüslər, eləcə də qeyri-mövsüm turizminin təşviqi tədbirləri Azərbaycanın turizm potensialını necə gücləndirir və ölkəyə gələn turistlərin sayını artırırmı?”

Dövlət Turizm Agentliyindən “İki sahil”in  bu sorğusuna cavab olaraq bildirilib ki, Agentlik tərəfindən ilboyu çoxsaylı beynəlxalq tədbir və sərgilərdə ölkənin, eləcə də bölgələrin turizm imkanlarını və müxtəlif turizm məhsullarını tanıtmaq üçün turizm şirkətləri  və hotellərin iştirakı ilə təmsilçilik təmin edilir, genişmiqyaslı marketinq və kommunikasiya tədbirləri görülür. 2025-ci ilin I yarımilliyi ərzində “Euronews”, “CNN”, “ANEWZ” kimi beynəlxalq  kanallarda və onların veb səhifələrində reklamlar yerləşdirilib. 2025-ci ilin birinci yarımilliyində hədəf bazarlarında irimiqyaslı rəqəmsal marketinq və reklam kampaniyasının aparılması məqsədilə “Expedia”, “Wego”, “Wechat”, “Weibo”, “RedNote” və “Douyin” qlobal platformaları ilə  turizm imkanlarını əks etdirən təbliğat video-çarxlar, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrində Azərbaycanın turizm imkanlarının təbliğatına həsr olunan video-çarxlar nümayiş etdirilib. 2025-ci ilin I yarısında təmsil olunduğu 13 beynəlxalq turizm sərgisində ölkə stendi quraşdırılaraq yerli turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialı barədə hərtərəfli məlumatın çatdırılması və yeni əməkdaşlıqların qurulması təmin edilib. Dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə ümumilikdə 75 yerli tərəfdaşla birgə ölkəmizin turizm potensialı təbliğ olunub.

Azərbaycanın turizm potensialının qlobal arenada gücləndirilməsi yalnız beynəlxalq tanıtım və marketinq tədbirləri ilə məhdudlaşmır, həm də ölkənin ekoturizm və aqroturizm imkanlarının inkişaf etdirilməsi ilə dəstəklənir. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ekoturizm sahəsində xüsusilə haykinq cığırları, quş müşahidəsi, milli parklar və digər təbiət əraziləri üzrə layihələr prioritet təşkil edir. Məsələn, Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış haykinq cığırları ölkənin ucqar dağ kəndlərindən keçərək qərb, şimal və şimal-qərb zonalarını əhatə edir. Ekoturizmin cəlbedici növlərindən biri olan quş müşahidəsinin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizin yüksək dağlıq əraziləri, geniş sahil xətti, ovalıqları, qamışlıqlarla əhatələnmiş gölləri, bataqlıqları və çayları, subtropik meşələri, quru çölləri və yarımsəhra əraziləri rəngarəng quş növlərinin burada geniş yayılmasına təsir edən əsas amillərdir. Quş müşahidəsi üçün əsas destinasiyalar arasında Xınalıq-Laza, “Beşbarmaq” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Xızı, Mingəçevir, Abşeron Milli Parkı, Ağgöl Milli Parkı, Hacıqabul gölü, Qobustan Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şirvan Milli Parkı, Mahmudçala gölü, Qızıl Ağac Milli Parkı, Talış dağları və Naxçıvan seçilir. Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Milli parklar ölkədə ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir. Bura müxtəlif ekoturizm marşrutları, quş müşahidələri, at sürmək, yamac paraşütü, velosiped sürmə, müxtəlif unikal heyvan müşahidələri (İsmayıllıda zubrlar, Şirvan Milli Parkında ceyranlar və s.) arxeoloji və elmi ekspedisiyalar, kempinq və piknik zonalarında fəaliyyətlər daxildir. Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı 400-ə yaxındır və planetimizdə olan vulkanların yarısını təşkil edir. Dünyanın ən böyük palçıq vulkanları arasında Böyük Kənizədağ və Torağay Azərbaycan ərazisində yerləşir. Azərbaycan Respublikasında aqroturizmin inkişafı son illərdə, xüsusilə kənd yerlərinin potensialından turizm məqsədilə istifadəyə yönəlmiş dövlət proqramları və təşəbbüslər nəticəsində sürətlənib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində kənd təsərrüfatı və turizmin birgə inkişafına şərait yaradılması, sahibkarlığın inkişafı üçün dövlət subsidiyaları və güzəştli kreditlərin aqroturizm sahəsinə yönəldilməsi bu sahənin inkişafına töhfə verib. Hazırda Azərbaycanda fəaliyyət göstərən aqroturizm müəssisələri əsasən ferma əsaslı turizm müəssisələri (məhsul yığımı, heyvanlara qulluq və s. fəaliyyətlərin təqdim olunduğu ailə fermaları), kənd evləri və ailə təsərrüfatları (ənənəvi Azərbaycan kənd evlərində qonaq qəbul edən ailələr), ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı və satışına əsaslanan təsərrüfatlar (üzümçülük, çayçılıq, bağçılıq və s. ) və digər tematik kənd turizm xidmətlərini təklif edən müəssisələr kimi xarakterizə oluna bilər. Aqroturizm sahəsinin inkişaf etdiyi bölgələr arasında arıçılıq və balıqçılıq təsərrüfatlarının daha geniş yayıldığı, həmçinin xurma istehsalı, şərabçılıq, bağçılıq üzrə də aqroturizm təsərrüfatlarının olduğu şimal-qərb regionu üzrə aqroturizm təsərrüfat subyektləri öz geniş fəaliyyətləri ilə seçilir. Şəki–Zaqatala regionunda  hazırda ümumilikdə 18 aqroturizm subyekti (Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə) fəaliyyət göstərir və qonaqlara  xidmətlərini təklif edir. Unikal subtropik iqlimi, çay, sitrus, kivi və digər meyvələrin yetişdirilməsi, təbiət gözəllikləri (Hirkan meşələri, Xəzər sahili) ilə kənd həyatının sintezi, çay plantasiyaları ilə tanınan, balçılıq və APİ terapiya təsərrüfatının da mövcud olduğu Lənkəran–Astara regionu da  bu baxımdan fərqlənir. Hazırda əksəriyyəti Lənkəranda olmaqla cənub regionunda turistlərə xidmətlərini təklif edən aktiv 17 təsərrüfat subyekti (Lənkəran, Astara, Lerik, Masallı, Neftçala) fəaliyyət göstərir. Qusarda bəzi fermer təsərrüfatları tərəfindən turist qəbul etmək üçün kənd evləri uyğunlaşdırılıb, Qubada meyvə yığımı, yerli mətbəx masterklasları kimi fəaliyyətlər təşkil edilir.

Bütün bu beynəlxalq tanıtım və ekoturizm təşəbbüsləri ilə yanaşı, ölkədə turizm fəaliyyətlərinin yalnız yay ayları ilə məhdudlaşmaması üçün də mühüm addımlar atılır. Agentlikdən bildirilib ki, qeyri-mövsüm dövrünün mümkün üstünlüklərindən istifadə edilməsi məqsədilə həyata keçirilən strateji planlaşdırma çərçivəsində 2024-2026-cı illəri əhatə edən “Turizm sektorunda qeyri-mövsüm dövrünün azaldılmasına dair Fəaliyyət Planı” qəbul edilib. Sənədin əsas məqsədi qeyri-mövsüm dövrünün müddətini azaltmaq, həmin dövrdə ölkəyə gələn turistlərin gecələmə sayında artıma nail olmaq, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyası”nda nəzərdə tutulmuş mövsüm dövrünün 6 aya qədər uzadılması hədəfinə nail olmaqdır.Fəaliyyət Planı iki əsas strateji istiqamət üzrə qurulub: turizm mövsümünün marketinq və tanıtım kampaniyaları vasitəsilə uzadılması və turizm məhsullarının inkişafı, diversifikasiyası və investisiya təşviqi yolu ilə qeyri-mövsüm dövrünün azaldılması.

Göründüyü kimi, Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlarda həyata keçirdiyi genişmiqyaslı tanıtım strategiyaları, ekoturizm və aqroturizmin inkişafına yönələn təşəbbüslər, eləcə də qeyri-mövsüm turizminin təşviqi tədbirləri Azərbaycanın turizm potensialını gücləndirir və ölkəyə gələn turistlərin sayının artmasına xidmət edir. Bu strategiyalar sayəsində Azərbaycan yalnız təbii və mədəni zənginliklərini təqdim etmir, həm də davamlı turizmin formalaşmasına, regional inkişafın dəstəklənməsinə və yerli icmaların iqtisadi imkanlarının artırılmasına şərait yaradır. Eyni zamanda, görülən tədbirlər turizm mövsümünün yalnız yay ayları ilə məhdudlaşmamasına imkan verir, qeyri-mövsüm dövründə turistlərin cəlb edilməsini stimullaşdırır və ölkənin turizm imkanlarının ilboyu tanıdılmasına zəmin yaradır. Beləliklə, Azərbaycan turizm strategiyaları həm qlobal səviyyədə ölkənin tanınmasını artırır, həm də yerli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən kompleks və davamlı model kimi formalaşır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hadrutda 4,6 milyon manatlıq layihə…

Next

Azərbaycan Şərqlə Qərb arasında tranzit ölkə və etibarlı tərəfdaşdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv