XİN: Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir
Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəyişməz olaraq dəstəkləyir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Nazirlik bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisinə, o cümlədən işğal altındakı ətraf rayonlara səfər etmək niyyətində olan Ukrayna vətəndaşları Azərbaycanın qanunvericiliyini rəhbər tutmalıdır.

