Gündəm 

Paşinyandan ETİRAF: Bakıyla sülh imzalamaqdan başqa yolumuz yox idi

Ermənistan baş naziri Nikol Paşinyan hökumət üzvləri və siyasi elita ilə birlikdə Bakı ilə imzalanmış sülh bəyanatını tarixi addım kimi qiymətləndirib.

ARANTV.AZ  xəbər verir ki, Paşinyan ABŞ-a səfərindən öncə hökumət, Təhlükəsizlik Şurasının geniş tərkibi, Ermənistan prezidenti, parlament üzvləri və region rəhbərləri ilə sənədin mətnini müzakirə etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, aparılan təhlillərdən sonra yekdil nəticəyə gəlinib ki, bu addımı atmaq Ermənistan üçün vacibdir:

“Bütün müzakirələrdən sonra nəticəyə gəldik ki, bu addımı atmaq zəruridir. Ona görə də sülh bəyanatının imzalanması qərara alındı.

Hamımızı Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi münasibətilə təbrik edirəm. Bu saziş Vaşinqtonda qəbul edilən deklarasiya nəticəsində baş tutdu”,-Paşinyan

Daha çox xəbərlər