Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiya Zəngəzur dəhlizinə “zərbə aləti” yaratmaq istəyir: Cənubi Qafqaz qlobal güclərin yeni “savaş məkanı”na çevrilir

By Vüsal Rafiqoğlu
26.08.2025 4 Min Read

Cənubi Qafqazda hazırda iki paralel geopolitik istiqamət üzrə ciddi ziddiyyətlər yaranır, Rusiya və İran “3+3” formatını öz geopolitik maraqlarının “regional alət”inə çevirməyə çalışır… Bu iki dövlətin maraqlarına zidd olan Zəngəzur dəhlizi və Orta Dəhliz isə Türkiyə, Azərbaycan, Ermənistan, eləcə də, ABŞ və Qərb üçün vazkeçilməz strateji perspektivlər vəd edir…

Cənubi Qafqazda geopolitik situasiya sürətlə dəyişir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurlu inkişafına paralel olaraq, həm Rusiya, həm İran, həm də Türkiyə yeni mesajlarla diqqəti çəkirlər. Belə ki, Rusiya və İran Cənubi Qafqaz üçün “3+3” müzakirə formatını uğurlu model kimi təqdim edir. Türkiyə isə Rusiya və İrandan fərqli olaraq, məhz Zəngəzur dəhlizini bütün region üçün potensial “sülh layihəsi” kimi qabardır. Və bu, “3+3” formatına daxil olan dövlətlər arasında geopolitik ziddiyyətlərin olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, bu geopolitik ziddiyyətlərə bağlı fəqrli yanaşma əslində, Cənubi Qafqazın gələcək taleyini müəyyənləşdirəcək iki fərqli istiqaməti də ortaya çıxarır. Yəni, regional təhlükəsizlik mexanizmləri və iqtisadi-nəqliyyat inteqrasiyasına geopolitik maraqlar üzərindən yanaşılır. Və həm Rusiyanın, həm də İranın yanaşması regional qarşıdurmaya yol aça biləcək qədər əksistiqamətlidir.

2022_12_13_564190_7jpg-1748339028.jpg (29 KB)

Məsələ ondadır ki, İranın Xarici İşlər Nazirliyinin rəsmisi Baqainin sözlərinə görə, “3+3” formatı artıq özünü doğruldub və Azərbaycanla Ermənistan arasında mübahisələrin həllinə töhfə verib. Rəsmi Tehran bu mesajla bir daha bildirir ki, ABŞ və Qərbin Cənubi Qafqaza nüfuzuna qarşı ən effektiv yol region və regionətrafı ölkələrin öz aralarında dialoq aparmasıdır.

Əslində, bu, İran üçün həm də Ermənistanın tamamilə Türkiyə-Azərbaycan orbitinə düşməsinin qarşısını almaq, həm də İran-Ermənistan tranzit xəttini toxunulmaz saxlamaq niyyətinin ön plana keçməsi qorumaq deməkdir. Rəsmi Tehran yaxşı bilir ki, Zəngəzur dəhlizi açılarsa, onun Şimal-Cənub dəhlizi üzərindəki rolu zəifləyərək, əhəmiyyətini itirən bilər. Və İranın rəsmi dairələri geopolitik proseslərin belə istiqamətlər ala biləcəyindən ciddi şəkildə narahatdırlar.

Türkiyə isə Zəngəzur dəhlizi ilə Cənubi Qafqazda yeni mərhələnin başlanılmasına strateji önəm verir. Ona görə də, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və İran rəsmi dairələrindən tamamilə fərqli yanaşma ortaya qoyur. Onun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa, Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə çıxmış olacaq. Və bu, hər üç ölkənin bütün istiqamətlər üzrə maraqlarına tamamilə cavab verir.

591f7a727f7522d377d62010b58a5630.jpg (52 KB)

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılma prosesini konkret addımlarla da dəstəkləyir. Belə ki, Qars-Iğdır-Dilucu dəmir yolunun tikintisi artıq gündəmdədir. Bu yol, əslində, Zəngəzur dəhlizinin Türkiyə ərazisindəki əsas həlqəsi olacaq. Əgər, layihə reallaşarsa, Türkiyə yalnız Azərbaycanla birbaşa əlaqəni möhkəmləndirməyəcək, həm də Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirəcək.

Təbii ki, bu prosesdə məsələ yalnız iqtisadi-ticari faktorlarla məhdudlaşmır. Belə ki, Zəngəzur dəhlizi rəsmi Ankaranın uzunmüddətli “Orta Dəhliz” strategiyasının mühüm tərkib hissəsidir. Yəni, rəsmi Ankara Çindən Avropaya uzanan yükdaşıma prosesində Türkiyənin həlledici rolunu artırmaq planında qətiyyətli addımlar atmaq niyyətindədir. Və bu, regionətrafı rəqiblərin maraqları ilə kifayət qədər ciddi ziddiyyətlər yaradır.

Rusiya üçün isə mövcud vəziyyət açıq-aşkar ziddiyyətli xarakter daşıyır. Bir tərəfdən, “3+3” formatı Rusiyanın regionda təsirini saxlaması üçün əlverişli platformadır. Digər tərəfdənsə, Zəngəzur dəhlizi açılarsa, bu, Rusiya üzərindən keçən ənənəvi marşrutlara ağır zərbə vəd edir. Ona görə də, Ukrayna müharibəsi ilə zəifləmiş Rusiya indi ciddi seçim qarşısındadır. Çünki Kreml bundan sonra ya Cənubi Qafqazda yeni regional reallıqlara uyğunlaşacaq, ya da geopolitik və geoiqtisadi proseslərdən kənarda qalmaq riski ilə üzləşməli olacaq.

d9cf849beb62bbfb0d93d0c2f2146be7.jpg (111 KB)

Ancaq Avropa Birliyi üçün Zəngəzur dəhlizi ilk növbədə enerji və ticarət təhlükəsizliyi deməkdir. Bu marşrut Rusiyadan yan keçərək Avropaya əlavə alternativ imkanları yaradır. ABŞ isə Cənubi Qafqazda daha çox geopolitik müstəvidə aktivdir və geostrateji hədəflər üzərindən planlar qurmağa çalışır. Belə ki, Ağ Ev üçün əsas məqsəd, Avropa Birliyi ilə ortaq şəkildə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və rəsmi İrəvana İranın təsirini zəiflətməkdir. Halbuki, “3+3” formatı isə ABŞ və Qərbin Cənubi Qafqazdan kənarda qalmasına yol aça biləcək bir platformadır.

Onu da qeyd etmək lazımdır ki, hazırda ən çətin seçim, bəlkə də, məhz Ermənistanın qarşısındadır. Çünki rəsmi İrəvan həm “3+3” formatında iştirak etməyə məcburdur, həm də Zəngəzur dəhlizi ilə bağlı Ağ Evdə imzalanan sazişlə öz üzərinə öhdəlik götürüb. İndi Ermənistanın qarşısında bir tərəfdə Rusiya və İranın təzyiqləri, digər tərəfdəsə Türkiyə və Azərbaycanın yaratdığı yeni iqtisadi imkanlar dayanır. Və ona görə də, bu, Ermənistan üçün sadəcə, diplomatik seçim deyil, həm də dövlətin gələcək inkişaf yolunu müəyyən edəcək bir qərardır.

Göründüyü kimi, Cənubi Qafqazda hazırda iki paralel geopolitik istiqamət üzrə ciddi ziddiyyətlər yaranmağa başlayıb. Rusiya və İran “3+3” formatını öz geopolitik maraqlarını reallaşdırmaq üçün regional alətə çevirməyə çalışır. Onların maraqlarına zidd olan Zəngəzur dəhlizi və Orta Dəhliz isə Türkiyə, Azərbaycan, Ermənistan, eləcə də, ABŞ və Qərb üçün vazkeçilməz strateji üstünlüklər vəd edir.Yəni, Cənubi Qafqazda baş verən bu proseslər yalnız region dövlətlərinin deyil, qlobal güclərin də maraqlarını ciddi şəkildə toqquşdurur. Bu səbəbdən də yaxın gələcəkdə region həm rəqabət meydanı, həm də yeni əməkdaşlıq formatlarının sınaq məkanına çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Səfir: Azərbaycanın İranla müharibədə İsrailə yardım etməsi söhbəti Ceyms Bond hekayəsidir -MÜSAHİBƏ

Next

Cəlilabadda 5 avtomobil toqquşdu – yaralılar var

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv