Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“AYNA əvvəlcə öz “ayna”sına baxsın” – Deputatdan sərt sözlər

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz “ayna” sına baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”. 

Bunu Demokrat.az-a deputat Fazil Mustafa deyib. O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır: “Cərimələri bu qədər artırırlar, nə olsun? Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.

Dini təhsilə vəsaiti daha çox artırmalıyıq - Fazil Mustafa | Modern.az

Fazil Mustafa

Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır”.

Ümumiyyətlə, son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və onun “Azparkinq” xidmətindən çoxlu şikayətlər var: paytaxtda parklanma problemi həllini tapmayıb, avtobus zolaqları bəzi yerlərdə avtomobillərin dönməsinə çətinlik yaradır, cərimə yazmaqdan başqa bir iş görülmür. Faktiki şəhərin nəqliyyat sahəsində xaos davam edir.

Bəs ictimai nəqliyyatda xaosun aradan qaldırılması üçün hansı alternativ addımlar atılmalıdır? Artırılan cərimələr nəqliyyatda nizam-intizamı təmin edə bilərmi, yoxsa sadəcə vətəndaşların cibinə əlavə yükdür? “Azparkinq” xidmətinin fəaliyyəti niyə bu qədər çox şikayət doğurur – parklanma yerlərinin azlığından, yoxsa idarəetmənin səmərəsizliyindən? Avtobus zolaqlarının tətbiqi Bakı üçün doğrudurmu, yoxsa şəhərin küçə infrastrukturuna uyğun gəlmir?

Pandemiya dövründə avtomobil sektoru (Eldəniz Cəfərov) - ARB24 (Gündəm)

 Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, tıxacların həm obyektiv, həm də subyektiv səbəbləri var: “Son illər paytaxtın iqtisadiyyatının artması, əhalinin çoxalması, şəhərin turizm mərkəzinə çevrilməsi, mədəni həyatın zənginləşməsi və beynəlxalq tədbirlərin çoxalması nəticəsində sıxlığın olması normaldır. Sadəcə, çalışmaq lazımdır ki, bu sıxlıqlar tıxaca çevrilməsin.

Mərhələli şəkildə bu sıxlıqların aradan qaldırılması mümkündür. Bunun üçün də xüsusi dövlət proqramı hazırlanıb. Orada tədbirlər planı təsbit olunub, hər bir qurumun qarşısında konkret vəzifə qoyulub. 2025-2030-cu illər ərzində həyata keçiriləcək işlər elə effektiv olmalıdır ki, tıxacların sayı azalsın.

Hazırda yeni tunellərin, körpülərin, yolötürücülərin tikilməsi,  tunel və depoların inşası məhz bu məqsədə xidmət edir. Artıq Bakı və ətraf ərazilərdə tramvay xətlərinin çəkilməsi də dövlət proqramında nəzərdə tutulub. Yəni bu istiqamətdə işlər görülür. Təbii ki, çətinliklər olacaq – haradasa yol bağlanacaq, haradasa açılacaq. Tikinti-təmir işləri aparılanda yolları bağlamadan bunu etmək mümkün deyil”.

Ekspert artırılan cərimələrlə bağlı deyib ki, bütün dünyada qayda pozuntuları cərimə ilə tənbeh olunur: “Əgər hansısa qayda pozuntusu davam edirsə və insanlar qaydalara məhəl qoymursa, cərimələrin artırılması qaçılmaz olur.

İctimai nəqliyyata gəldikdə, hazırda ictimai nəqliyyat yenidən dirçəldilir. Taksi isə sadəcə köməkçi vasitədir. Hazırda ölkəyə yeni avtobuslar gətirilir. Hətta bu ildən etibarən Çinin məşhur BYD şirkətinin avtobusları artıq Azərbaycanda istehsal olunacaq. Mən deməzdim ki, vəziyyət acınacaqlıdır. Hər şeyi birdən-birə həll etmək mümkün deyil. Amma bu, o demək deyil ki, cəmiyyət susmalıdır. Əksinə, vətəndaş da, media da çatışmazlıqlardan danışmalıdır.

“Azparking” xidmətinə gəldikdə isə, fəaliyyətə yeni başlayanda mobil tətbiqlə, SMS sistemi ilə, yerlərin azlığı ilə bağlı problemlər çox idi. Lakin mərhələli şəkildə bu problemlərin çoxu həll olundu. İndi də müəyyən çatışmazlıqlar varsa, onlar da həll edilə bilər. Amma nəzərə almaq lazımdır ki, Bakıda avtomobil yolunun kənarında parklanma yeri yaratmaq çox çətindir. Çünki vaxtilə şəhərsalma zamanı səhvlərə yol verilib – avtomobil yolları zəbt olunub, obyektlər səkilərdə tikilib, tikinti standartlarına əməl olunmayıb. Halbuki hər bir yaşayış və qeyri-yaşayış obyektinin özünün parklanma yeri olmalı idi. İndi isə bu məsələ həll edilmədiyi üçün vətəndaşlarla müvafiq qurumlar arasında problemlər yaranır. Məncə, ilk növbədə obyekt sahiblərinin qarşısında məsələ qaldırılmalıdır ki, şəhər ərazisində obyekt tikirsənsə, mütləq parklanma yeri də təmin etməlisən”.

Eldəniz Cəfərov həmçinin bildirib ki, avtobus zolaqlarının tətbiqinin əsas məqsədi isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların vaxtında ünvana çatmasıdır:

“Bu zolaqlar olmasaydı, vəziyyət daha pis ola bilərdi. Əvvəlcə müəyyən nöqsanlar var idi – məsələn, bəzi yerlərdə avtobus zolağına daxil olmaq üçün qırıq xətlər qoyulmamışdı, yaxud taksilər üçün dayanma yerləri ayrılmamışdı. Sonradan bunlar düzəldildi. Biz də ekspertlər olaraq müvafiq qurumlarla görüşlərdə fikirlərimizi bildirdik. Nəticədə taksilər üçün ayrıca minib-düşmə məntəqələri yaradıldı”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“İran parlamentinin Zəngəzur bəyanatı birbaşa Pezeşkiana qarşı təxribatdır!”

Next

Nəsiminin məzarını köçürmək istəyənlər “nəbz yoxlaması” aparır – Sensasion iddia

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv