Cəmiyyət 

Şok görüntülər… Hansı şirkət sosiskalarını toyuq sümüyüklərində hazırlayır?-Video

Paytaxtda və bölgələrdə mağazaların piştaxta arxasında, etiketi olmayan, ev şəraitində hazırlandığı iddia edilən sosiska satışı hər zaman vətəndaşları narahat edən mövzudur.

Qiymətinin ucuz olması bir çox hallarda alıcıların diqqətini cəlb etsə də, əksəriyyət bu kolbasa və sosiskaların tərkibindən xəbərsizdir.

Şok görüntülər… Hansı şirkət sosiskalarını toyuq sümüyüklərində hazırlayır?-VideoBəzi insanların gündəlik qida rasionunda yer alsa da, mütəxəssislər və ekspertlər təhlükəli olduğunu, kolbasanın və sosikanın gündəlik yeyiləcək məhsul olmadığını bildirirlər.

XALQ-ın məlumatına görə, sosial platformada yayılan görüntülərdən məlum olur ki, sosikalar toyuq sümüyündən hazırlanaraq bəzi qida əlavələr olunmaqlar məhsul alınır.

Həmçinin bəzi kolbasa və sosis istehsal edən şirkətlərdə belə üsuldan istifadə edirlər?

Doğrudur AQTA-a kolbasa və sosiska istehsal edən şirkətlər sertifikatlar versədə,standartlara cavab verməyən bəzi müəssələr bu üsulla hazırlanması qaçılmazdır?

Mütəmadi kolbasa və sosis istehsal edən şirkətlər keçirilən yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən edilir. İnzibati tədbirlər görülür lakin işbazlar öz çirkin əməllərindən əl çəkmir.

Şok görüntülər… Hansı şirkət sosiskalarını toyuq sümüyüklərində hazırlayır?-VideoBəs görəsən ölkəmizdə hansı marka altında şirkətlər bu üsulla sosiska hazırlayır.

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə bildirib ki, ölkədə kolbasa və sosiska istehsal edən çoxlu müəssisə var:

Bu müəssisələr ciddi monitorinqdən keçirilməlidir. Onların arasında barmaqla sayılacaq qədər standartlara uyğun kolbasa və sosiska məmulatları istehsal edən müəssisə var. Çox təəssüf ki, standartlara uyğun mal istehsal edənlər öz bazarlarını təmizləmək üçün heç bir iş görmürlər. İstisna etmirəm ki, saxtakarlarla həqiqi istehsalçılar arasında əlaqə var. Ola bilsin ki, onlar arasında kolbasa, sosiska məmulatlarının bəzi örtükləri, inqridientlərinin alqı-satqısı aparılır. Burada sirli, mənə məlum olmayan məqam var. Əlbəttə, bu cür etiketsiz, istehsal tarixi bəlli olmayan, bazarlarda, bəzən də meyvə dükanlarında satılan kolbasalar barədə AİİB-yə daim məlumatlar gəlir. Əhalinin ciddi narazılığından, istehlakçını düşündürən amillərdən biri həmin kolbasaların həddindən artıq ucuz olmasıdır. İllər boyu Daxili İşlər Nazirliyi ölkənin müxtəlif yerlərindən murdar olmuş heyvanların, atların, eşşəklərin ətlərinin Bakıya daşınmasını ifşa edib, cinayət işi qaldırıb. İstisna olunmur ki, bu cür ucuz ətlər etiketsiz, saxta kolbasa istehsalçılarına yönəlir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahəni tamam çeşidləyib qurtarmır. Buna görə də böyük narazılıq mövcuddur”.

Araşdırmamız davam edir:

Həmin görüntüləri təqdim edirik:

Daha çox xəbərlər