Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın boşa çıxan yay hücumu – zaman kimə işləyir?

By Vüsal Rafiqoğlu
02.09.2025 4 Min Read

Analitiklərə görə, hərbi-strateji müstəvidə üstünlük tədricən Kiyevin tərəfinə keçir

Yay mövsümü bitməkdədir. Belə görünür ki, işğalçı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı yay hərbi kampaniyası alınmayıb. Bunu fiasko da saymaq olar.  Bu arada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Luqansk vilayətinin 99,7 faizi, Donetsk vilayətinin 79 faizi, Zaporojye vilayətinin 74 faizi və Xerson vilayətinin 76 faizi Rusiya ordusunun nəzarəti altındadır. Onun sözlərinə görə, əlavə olaraq Sumı vilayətində 210 kvadrat kilometr ərazi və 13 yaşayış məntəqəsi, Dnepropetrovsk vilayətində isə 7 yaşayış məntəqəsi Rusiya qoşunlarının nəzarətinə keçib.

ABŞ Prezidenti Donald Tramp isə Rusiya, ABŞ və Ukraynanın iştirak etdiyi üçtərəfli sammitin baş tutacağına əmindir. Qeyd edək ki, Trampın Putinə verdiyi möhlət bitdi. Son günlər isə Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığı deyilir.

Bu nə dərəcədə realdır və hansı nəticələri doğura bilər? Kiyev itirilmiş ərazilərin nə qədərini geri qaytarmaq imkanındadır? Ümumiyyətlə, zaman indi kimin xeyrinə işləyir?

Qabil Hüseynli səhhətindən danışdı: Yoldaşım müalicə edir

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, müharibələrin tarixini araşdıranda hərbi əməliyyatların uğurunun təkcə tankların sayından və ya qoşunların irəliləyişindən asılı olmadığı üzə çıxır: “Burada siyasi iradə, diplomatik manevrlər və beynəlxalq mühitin dəyişkənliyi də həlledici rol oynayır. Əvvəla, Moskvanın “yay kampaniyası” gözlənilən nəticəni vermədi. Rusiya ordusu müəyyən ərazilərdə irəliləyiş əldə etsə də, bu, strateji üstünlüyə çevrilmədi. Çünki Ukrayna tərəfi artıq Qərb hərbi sənayesinin dəstəyinə arxalanır. Yəni Rusiya nə qədər böyük resurs sərf etsə də, Ukraynanın müqavimət imkanları da paralel şəkildə artır. Hərbi resurslar və iqtisadi dayanıqlıq. Rusiya bildirir ki, resursları tükənməyib, əksinə, müharibəni davam etdirmək gücündədir. Amma Moskvanın bu bəyanatları öz əhalisi və elitasına ünvanlanıb. Çünki real iqtisadi tablonu gizlətmək çətindir. Sanksiyalar dərinləşir, texnoloji asılılıq artır, elita içində narazılıqlar çoxalır. Ukrayna isə Qərbin maliyyə və hərbi yardımları hesabına müharibəni davam etdirmək gücündədir. Deməli, zaman Kiyevin xeyrinə işləyir”.

Politoloq bildirib ki, Trampın səsləndirdiyi üçtərəfli zirvə ideyası hazırkı məqamda maraqlı görünür: “Amma reallıqda belə görüşlər çox vaxt zaman qazanmaq funksiyası daşıyır. Rusiya sülh masasına oturmaq üçün real siyasi səbəb görmür. Çünki hər hansı güzəşt Moskvanın daxili siyasətdə zəifliyinin etirafı kimi qiymətləndiriləcək. Ukrayna isə yaxşı anlayır ki, hərbi uğursuzluqlar fonunda masa arxasına keçmək onun mövqelərini zəiflədər. Ona görə də tərəflər hələlik danışıqlardan daha çox hərbi əməliyyatlara üstünlük verirlər. Hərbi cəhətdən Ukraynanın itirilmiş bütün əraziləri tez bir zamanda qaytarması mümkün deyil. Amma kiçik uğurlar belə strateji üstünlük yarada bilər. Bu, həm daxildə əhali qarşısında motivasiya rolunu oynayacaq, həm də Qərbin dəstəyini artıracaq. Ən əsası isə, əks-hücum uğurlu olarsa, Rusiya sülh masasına daha zəif mövqedən oturacaq. Hesab edirəm ki, zaman daha çox Ukraynanın xeyrinə işləyir. Çünki Rusiya uzunmüddətli müharibəni davam etdirdikcə həm iqtisadi, həm də beynəlxalq müstəvidə təklənir. Ukrayna isə əksinə, Qərbin dəstəyi ilə müdafiə gücünü artırır. Qısası, Rusiya özünün yay hücumunda strateji dönüş yarada bilmədi”.

Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Rusiyanın yay hücumunu uğurlu hesab etmək olmaz: “Əsas hədəfi Luqansk-Donetsk xətti üzrə bölgədə tam nəzarəti təmin etmək idi. Amma Severodonetst-Lisiçansk xəttindən sonra dərinlikdə irəliləyiş əldə edə bilmədilər. Ukraynanın möhkəmləndirilmiş müdafiə xətti burada Rusiya ordusunun hücumlarını neytrallaşdırır. Zaporojye istiqamətində Rusiya əsasən Tokmak və Melitopol xətti boyunca müdafiə mövqelərini gücləndirib. Məqsəd Ukraynanın Azov dənizinə çıxış əldə etməsinin qarşısını almaqdır. Amma yay kampaniyasında ciddi irəliləyiş olmadı. Xerson istiqamətində isə Rusiya Dnepr çayının sol sahilində mövqeləri saxlayır. Ukrayna isə uzaqmənzilli HIMARS və digər artilleriya sistemləri ilə bu mövqeləri daim atəş altında saxlayır. Bununla belə, logistika zənciri çətinləşib. Sumı-Dnepropetrovsk istiqamətində Rusiya lokal uğurlar əldə edib. Amma bu, strateji mənzərəni dəyişməyib. Bu bölgə daha çox təzyiq zonası kimi istifadə olunur ki, Ukrayna ordusunun ehtiyat qüvvələri parçalanmış şəkildə saxlanılsın”.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmli

Hərbi ekspert deyir ki, Rusiya ordusu aviasiya və artilleriya istiqamətləri üzrə üstünlükdədir. Amma “S-300”, “S-400” sistemləri Ukrayna üzərində tam hava nəzarəti təmin etmir: “Çünki Qərb texnologiyaları Rusiya raketlərini neytrallaşdırır. Tank qüvvələrinə gəlincə, Rusiya “T-72” və “T-90″ları cəbhəyə çıxarsa da, Ukraynanın pilotsuz zərbə vasitələri onları asan hədəfə çevirir. Ukrayna ordusunun əsas üstünlüyü asimmetrik müharibə aparmasındadır. Yəni klassik tank-diviziya döyüşlərində deyil, PUA-lar, uzaqmənzilli artilleriya və mobil qruplar vasitəsilə Rusiya müdafiəsinə hücumlar olur. Hazırda Ukrayna daxildə istehsal etdiyi kamikadze PUA-larla Rusiyanın dərinliklərinə zərbələr endirir. Bu, müharibənin gedişini dəyişən əsas amillərdən biridir”.

Hərbi ekspert bildirib ki, Rusiya böyük əraziləri nəzarətdə saxladığı üçün logistik yükü çox ağırdır: “Təchizat yolları uzun və kövrəkdir. Ukrayna isə Qərbin dəstəyi ilə daha çevik təchizat zənciri qurur. Bu səbəbdən Rusiya müdafiədə belə ciddi çətinlik yaşayır. Müharibə uzandıqca Rusiya iqtisadi baxımdan zəifləyir, hərbi sənayesi sanksiyalar səbəbilə kifayət qədər sursat və texnika istehsal edə bilmir. Ukrayna isə tam əksinə, zaman keçdikcə daha çox silah, daha yaxşı təlim keçmiş hərbçilər və yeni texnologiyalar əldə edir. Ona görə də demək olar ki, strateji planda zaman Ukraynanın xeyrinə işləyir”.

Hərbi ekspert qeyd edib ki, Ukraynanın qarşıdakı aylarda məqsədi işğal edilmiş bütün əraziləri azad etmək deyil, lokal uğurlar qazanmaqdır: “Məsələn, Tokmak-Melitopol xəttində yarıq açmaq, Xerson istiqamətində Dnepr çayının sol sahilində mövqelər qurmaq niyyətləri görünür. Bu, həm psixoloji üstünlük, həm də siyasi güc demək olacaq.

Demək olar ki, Rusiya yay kampaniyasında strateji hədəflərinə çata bilmədi. Ukrayna isə müdafiə xəttini qorumaqla yanaşı, gələcək əks-hücum üçün resurs toplamağı bacarıb. Bu səbəbdən hərbi-strateji müstəvidə üstünlük tədricən Kiyevin tərəfinə keçir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağciyərimizin gizli düşməni

Next

Dəniz mövsümü sonuncu gün də can aldı – qorxulu statistika

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv