Namazdan sonra möhürün üstünə əl sürtüb salavat çevirmək düzgündürmü?
Namazdan sonra möhürün üstünə əl sürtüb salavat çevirmək düzgündürmü?
Bu hərəkət təbərrük niyyəti ilə yerinə yetirilir. Möhürlər adətən mübarək torpaqlardan hazırlanır. Əksər möhürlərin tərkibində Kərbəla və Məşhəd türbəti vardır. Namaz qılan şəxs namazı bitirdikdən sonra təbərrük niyyəti ilə, həmin türbətlərə ehtiram göstərmək və orada dəfn olunmuş müqəddəsləri qiyabi olaraq ziyarət etmək qəsdi ilə əlini möhürə sürtüb, sonra üzünə çəkir. Bu zaman salavat söyləyirlər. Bu əməl barəsində dini mənbələrimizdə hər hansı göstəriş yoxdur. İnsanlar bunu savab qazanmaq niyyəti ilə edirlər və bunun heç bir maneçiliyi yoxdur.
