Bu gecə nadir hadisə baş verəcək – Gözlər səmaya dikildi
Bu gün gecə nadir astronomik hadisə gerçəkləşəcək – Yer, Günəş və Ay bir xətt üzrə düzüləcək və Ay tam tutulma mərhələsinə daxil olacaq.
ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı Şimal İrlandiyadakı Queens Universiteti yayıb.
Mütəxəssislərin açıqlamasına görə, tutulma zamanı Ay xüsusi bir parıltı ilə qırmızı rəngə bürünəcək və bu mənzərə “Qanlı Ay” fenomeni adlanır. Hadisə əsasən Asiya, Avstraliya, Afrika və Avropanın bir sıra bölgələrində müşahidə ediləcək.
Ən əlverişli müşahidə imkanları Hindistan, Çin və digər Asiya ölkələrində olacaq. Afrikanın şərqində və Avstraliyanın qərbində də tam tutulmanı görmək mümkün olacaq. Avropa və Afrikanın bəzi yerlərində isə yalnız qismən tutulma görünəcək. Amerika materiki bu dəfə fenomeni izləyə bilməyəcək.
Rəsmi açıqlamaya görə, tam tutulma saat 17:30 GMT-də başlayacaq və 18:52 GMT-də sona çatacaq. Queens Universitetinin astrofiziki Rayan Milliqanın sözlərinə görə, Ayın qırmızı rəngdə görünməsi Yer atmosferindən süzülərək əyilən günəş şüalarının Ay səthinə düşməsi ilə bağlıdır.