Prezident İlham Əliyev Astanaya səfər edəcək – Tokayev açıqladı
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mühüm açıqlama verib.
ARANTV.AZ xəbər verir ki, Tokayev Azərbaycan prezidenti İlham Əliyevin yaxın günlərdə Astanaya rəsmi səfər edəcəyini bildirib.
Məlumata görə, Astanaya həmçinin Ermənistanın baş naziri də səfər edəcək.
Görüşlərin regiondakı proseslər baxımından xüsusi əhəmiyyət daşıyacağı gözlənilir.