Ötən gün 22 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Sentyabrın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb, yabanı halda bitmiş 72 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilib.