Region Xəbərləri 

Bərdə Rayon Mərkəzi Xəstəxanasında 20 Sentyabr-Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilib

Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, şöbə və bölmə müdirləri, müxtəlif ixtisasdan olan tibb personalı iştirak edib.
Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək bildirib ki, bu gün biz xalqımızın tarixində mühüm yer tutan Suverenlik Gününü qeyd edirik. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın azadlıq əzminin və milli iradəsinin təntənəsidir. Azərbaycanın suverenliyinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. O, müstəqilliyimizin çətin və təhlükəli dönəmlərində xalqımızın xilaskarı kimi çıxış edib. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi strateji yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə regionun ən güclü dövlətinə çevrilib. Xüsusən də 2020-ci ildə əldə edilən tarixi zəfərimiz bir daha sübut etdi ki, müstəqilliyimiz və suverenliyimiz əbədi və dönməzdir. Daha sonra 1-ci Vətən Müharibəsinin iştirakçısı, ehtiyyatda olan zabit, tibb müəssisəsinin həkim-cərrahı Yamən Cəfərov çıxış edərək həmin dövrlə bağlı xatirələrini bölüşərək tibb işçilərinin vətənpərliyi, birlik olub yorulmadan, fəadakarlıqla göstərdikləri xidmətlərdən danışıb.
Tədbirin sonunda isə videoçarx nümayiş olunub.

Daha çox xəbərlər