Gündəm 

“Neft məhsullarının emalı üzrə birgə layihələr Azərbaycan və Özbəkistanın iqtisadi artımına güclü təkan verə bilər” – İqtisadçı ekspert

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki Özbəkistan Azərbaycanla neft məhsullarının dərin emalı üzrə birgə layihələrdə maraqlıdır.Biz Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Özbəkistandakı layihələrə cəlb edirik. Lakin biz neft məhsullarının dərin emalı layihələri çərçivəsində əməkdaşlıq etmək istərdik. Bu gün biz neft və qaz sektorları da daxil olmaqla, təxminən 20 iqtisadi istiqamətdə təşəbbüslər həyata keçiririk.

İqtisadçı ekspert Murad Cəfərov BiG.AZ-a bildirib ki, neft məhsullarının dərin emalı üzrə birgə layihələr Azərbaycanın və Özbəkistanın iqtisadi artımına güclü təkan verə bilər:

“Azərbaycan ilə Özbəkistan arasında neft məhsullarının dərin emalı üzrə əməkdaşlıq yalnız neft və qaz sənayesini deyil, əlavə olaraq sənaye dəyər zəncirlərini genişləndirməklə regionun rəqabət qabiliyyətini artırar:
Belə layihələr daxili emal gücünü artırmaqla xam neftin ixracından asılılığı azaldır, yerli əlavə dəyər yaradır, iş yerləri açır. Eyni zamanda, texnologiya transferi və investisiya axını bu sahələrdə sənayenin modernləşməsinə səbəb olar.Özbəkistanın Azərbaycana cəlb etdiyi layihələr, xüsusən kimya, maşınqayırma və tikinti materiallarının istehsalı kimi sahələrdə müxtəliflik gətirərək iqtisadiyyatın şaxələndirilməsinə yardımçı olar.
Şəffaf investisiya mühiti və hüquqi zəmanətlər vacibdir.Logistika və nəqliyyat infrastrukturu yaxşılaşdırılmalıdır ki, nəft məhsullarının daşınması və emalı prosesi səmərəli olsun.Yerli resursların, iş gücünün və texniki bazanın hazır olması təmin edilməlidir. Dövlət-biznes tərəfdaşlığı, özəl sektorun iştirakı, xarici investorların marağı nəzərə alınmalıdır”.

Daha çox xəbərlər