Paşinyan: “Ərdoğanla etimad artır, dialoq diplomatik münasibətlərə yol aça bilər”
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışı zamanı İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesinə toxunub.
Musavat.com-un məlumatına görə Baş nazir bildirib ki, son dövrlər iki ölkə arasında qarşılıqlı etimad mühiti güclənməkdədir:
“Prezident Rəcəb Tayyib Ərdoğanla aramızdakı etimad səviyyəsi getdikcə artır”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin Türkiyə ilə mütəmadi dialoqu müsbət hal kimi qiymətləndirib və bu prosesin yaxın gələcəkdə diplomatik əlaqələrin qurulması və sərhədlərin tam açılması ilə nəticələnə biləcəyini qeyd edib.