Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın qoşulması gözlənilən saziş təhlükədə

By Vüsal Rafiqoğlu
30.09.2025 3 Min Read

Yaxın Şərq hadisələri “İbrahim razılaşması”nı riskə atıb – Bakı üçün bu anlaşmanın önəmi

Yaxın Şərqdə vəziyyət getdikcə daha dramatik xarakter almaqdadır. Bu durumda diqqət çəkən məqamlardan biri də “İbrahim sazişləri”nin taleyinin necə olacağıdır.

Bəlli ki, Azərbaycanın “İbrahim sazişlərinə”nə qoşulması son vaxtlar beynəlxalq siyasi dairələrin və medianın marağındadır. Bu barədə “Bakı-Xəbər” yazıb. Nəşr qeyd edib ki, bu günlərdə ABŞ-nin İsraildəki keçmiş səfiri Daniel Şapiro da ABŞ-də Senat dinləmələrində çıxış edərək Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq potensialını izah edib: “Bəzən insanlar soruşurlar: “İbrahim sazişləri” necə genişlənə bilər? Bəlkə də Azərbaycan? Azərbaycan artıq uzun illərdir ki, İsraillə diplomatik münasibətləri saxlayır və bu razılaşmalardan xeyli əvvəl İsraillə əlaqələri olan aparıcı müsəlman ölkələrindən biridir. Azərbaycanın bu razılaşmalara qoşulmasının strateji əhəmiyyəti danılmazdır. İsrailin digər ərəb və müsəlman ölkələri, o cümlədən Cənubi və Mərkəzi Asiyadakı bəzi dövlətlərlə əlaqələrinin möhkəmlənməsi üçün də burada körpülər qurmaq potensialı mövcuddur”.

Bununla belə, qəzet təhlil edir ki, proseslərin gedişi “İbrahim sazişləri”nin taleyini ciddi sual altına alır. Bu fonda diqqətçəkən daha bir hal odur ki, “Ərəb NATO”su konsepsiyası da “İbrahim sazişləri” ilə birlikdə təhdid altına düşüb. İsrailin Qətərə endirdiyi zərbələrə cavab olaraq Misirin təklif etdiyi “Ərəb NATO”su projesi ilkin mərhələdəcə iflasa uğrayıb.

Səudiyyə Ərəbistanı artıq ikitərəfli kanallar vasitəsilə ABŞ administrasiyasına “İbrahim sazişləri”nə qoşulma prosesini tamamilə donduracağı barədə xəbərdarlıq edib. ABŞ hakimiyyəti əvvəllər krallığı bu sazişlərin genişləndirilməsi üçün ən perspektivli namizəd kimi görürdü. 2020-ci ildə prosesə öncüllük edən Əmirliklər isə ABŞ-ni “İbrahim sazişləri”ndən çıxmaqla hədələyib. Diplomatik mənbə “Le Figaro”ya bildirib: “BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nahyan ABŞ prezident administrasiyasına “son dərəcə aydın siqnal” göndərib. İsrail İordan çayının qərb sahilini ilhaq etsə, “İbrahim sazişləri” yenidən müzakirə olunacaq”.

Göründüyü kimi, Azərbaycanın qoşulması gözlənilən saziş təhlükədədir. Bəs onu hansı güc mərkəzi xilas edə bilər? Azərbaycanın “İbrahim razılaşması”na qoşulmasına nə dərəcədə əşhədü-ehtiyac var?

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan İsraillə hərbi-texniki əməkdaşlıq qurub, kənd təsərrüfatı və texnologiya sahəsində tərəfdaşlıq edir, ərəb dünyası ilə də sıx əlaqələr mövcuddur: “Son illərdə beynəlxalq gündəmdə diqqət çəkən məsələlərdən biri də ABŞ-nin təşəbbüsü ilə yaradılmış “İbrahim sazişləri”dir. Bu sazişlərin əsas məqsədi İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması, bölgədə əməkdaşlıq və sabitliyin gücləndirilməsi idi. İlk mərhələdə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan bu sazişlərə qoşuldu. ABŞ bu təşəbbüsü Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının əsası kimi təqdim edirdi. İsrail isə ərəb dünyası ilə diplomatik əlaqələr qurmaqla həm beynəlxalq imicini gücləndirmək, həm də İranın təsirini balanslaşdırmaq istəyirdi. Azərbaycanın adı da bu sazişlər kontekstində tez-tez çəkilməyə başladı. Bunun əsas səbəbi Azərbaycanın həm İsraillə, həm də İslam dünyası ilə möhkəm münasibətlərinin olması idi. ABŞ-nin keçmiş İsrail səfiri Daniel Şapiro açıq şəkildə bəyan etmişdi ki, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması strateji baxımdan mühüm ola bilər”.

A.Hüseynov qeyd etdi ki, Yaxın Şərqdə vəziyyət tamamilə dəyişib: “İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bölgədə genişmiqyaslı humanitar fəlakət baş verin, minlərlə insan həyatını itirib, yüz minlərlə insan isə məcburi köçkün vəziyyətinə düşüb. Qəzzadakı bu dramatik vəziyyət ərəb ölkələrində ciddi narazılıq yaradıb və İsrailin siyasətinə qarşı sərt tənqidlər səsləndirilib”.

Onun sözlərinə görə, Misirin təşəbbüsü ilə gündəmə gələn və “ərəb ölkələrinin ortaq müdafiə alyansı” kimi təqdim edilən “Ərəb NATO”su layihəsi bölgədə təhlükəsizlik arxitekturasının dəyişdirilməsi üçün nəzərdə tutulmuşdu: “Lakin İsrailin Qətərə endirdiyi hərbi zərbələr və bölgədə artan qarşıdurmalar bu layihənin reallaşmasına imkan vermədi, nəticədə təşəbbüs iflasa uğradı. Səudiyyə Ərəbistanı ABŞ ilə münasibətlərdə açıq şəkildə mövqeyini ortaya qoyaraq sazişlərə qoşulma prosesini dondurduğunu bəyan etdi. Birləşmiş Ərəb Əmirlikləri isə İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi halında “İbrahim sazişləri”ndən çıxacağını bildirdi. Bu açıqlamalar bölgədə İsraillə ərəb ölkələri arasında normallaşma prosesini sual altına saldı və “İbrahim sazişləri”nin davamlılığı ciddi şəkildə şübhə doğurdu. Əslində ərəb ölkələrinin əksəriyyəti artıq bu sazişlərin yalnız geosiyasi maraqlar naminə formalaşdığını və real dayanıqlı əməkdaşlıq bazasının olmadığını etiraf etməyə məcbur qaldılar.

Azərbaycan üçün isə əsas prinsip praqmatizmdir. Xarici siyasətdə hər hansı beynəlxalq sazişə qoşulmaq yalnız milli maraqlara, təhlükəsizlik tələblərinə və dövlətin uzunmüddətli inkişaf hədəflərinə uyğun olduğu halda mümkündür. Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və milli maraqların müdafiəsi xarici siyasətdə dəyişməz prioritetlər olaraq qalır. Bu səbəbdən Bakı “İbrahim sazişləri” və ya digər regional təşəbbüslərə ehtiyatlı yanaşır, beynəlxalq təzyiqlərə baxmayaraq yalnız məqsədəuyğun hesab etdiyi hallarda iştirak qərarı verir. Azərbaycan üçün əsas olan beynəlxalq hüquqa söykənən mövqe və regional balansın qorunmasıdır. Bu yanaşma ölkənin həm İslam dünyası, həm də Qərb və digər tərəfdaşlarla münasibətlərində sabitlik və etibarlılıq yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada müstəqil və praqmatik siyasət yürütməsini təmin edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Toy karvanında hərəkət edənlərə XƏBƏRDARLIQ

Next

Afaq Bəşirqızı Cabir İmanovdan yazdı – “İnanmaq istəmirəm”FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv