Cəmiyyət 

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər” – Psixoloq

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər”.

Bu sözləri psixoloq Aysel Əzizli BiG.AZ-a bildirib.

O qeyd edib ki, bağça uşaqların həmyaşıdlarla ünsiyyət qurmasına, qayda və intizam öyrənməsinə şərait yaratsa da, bu, sosiallaşmağın yeganə yolu deyil:

“Əgər uşaq evdə daim ünsiyyətdədirsə, valideynləri onu müxtəlif oyunlara, ailə görüşlərinə, idman və ya yaradıcılıq dərnəklərinə cəlb edirsə, bağçaya getməsə belə, sosial bacarıqlarını formalaşdıra bilər. Əsas məsələ uşağın təcrid olunmaması, yalnız ev mühitində qapanıb qalmamasıdır.

Sosiallaşma uşağın gələcək təhsil və iş həyatında uğurlu adaptasiyası üçün vacibdir. Bu səbəbdən valideynlər bağçaya getməyən uşaqlara mütəmadi olaraq həmyaşıdları ilə görüşmək imkanı yaratmalıdırlar.

Bağça sosiallaşma üçün əlverişli mühitdir, lakin uşağın insanlarla ünsiyyət bacarıqları daha çox valideynlərin yönləndirməsindən və ailənin yaratdığı şəraitdən asılıdır”.

Daha çox xəbərlər