Qarabağ atları ÇL-in oyununda! – FOTO
“Qarabağ” – “Kopenhagen” oyunu öncəsi azarkeşlərə sürpriz hazırlanıb
Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” öz meydanında “Kopenhagen”lə qarşılaşacaq.
ARANTV.AZ xəbər verir ki, oyun öncəsi azarkeşlər üçün xüsusi sürprizin təqdim olunacağı açıqlanıb. Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Detallar açıqlanmasa da, “Qarabağ” rəhbərliyi azarkeşləri stadionda unudulmaz atmosferin gözlədiyini bildirib. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.
Musavat.com