Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qarabağdan Qəbələyə: Türk Zirvəsinin yeni ünvanı

By Vüsal Rafiqoğlu
01.10.2025 3 Min Read

Məlum olduğu kimi, 6–7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. Təşkilatın rəsmi vebsaytında yer alan məlumata görə, 12-ci Zirvə Toplantısı Azərbaycanın qədim diyarı olan Qəbələdə baş tutacaq. Bu dəfəki sammitin əsas mövzusu regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunub ki, bu da həm qlobal, həm də regional geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.

Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Beləliklə, aşağıdakı liderlərin iştirak edəcəyi gözlənilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Macarıstanın Baş naziri Viktor Orban (müşahidəçi dövlətin lideri)

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov

(Sammitə Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət olunub)

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev.

Əlbəttə ki, Qəbələ sammiti yalnız diplomatik müzakirələr üçün platforma deyil, həm də türk dünyasının gələcək inteqrasiya proseslərinin istiqamətləndirilməsi baxımından mühüm bir tarixi hadisə olacaq.

Bəs Qəbələnin ev sahibi kimi seçilməsi hansı simvolik məna daşıyır? Bu samittdə əsasən hansı məsələlərin gündəlikdə müzakirəsi gözlənilir?

Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

“Qəbələnin ev sahibliyi etməsi təəccüblü olmamalıdır. Çünki Azərbaycanda Türk Dövlətləri Təşkilatının zirvə toplantılarına ev sahibliyi etmək baxımından kifayət qədər alternativlər mövcuddur. Son illərdə bu cür tədbirlər həm Şuşada, həm də Xankəndidə keçirilib. O torpaqlar işğaldan yeni azad olunduğu üçün həmin şəhərlərdə belə tədbirlər təşkil olunmasına xüsusi maraq göstərilirdi. Artıq Qarabağ Zəfərinin 5-ci ili tamam olur. Noyabrın 8-də biz Qələbənin 5-ci ildönümünü qeyd edəcəyik və yavaş-yavaş o şərəfli tarix də yerini başqa məsələlərə verməyə başlayacaq. Əlbəttə, biz onu heç vaxt unutmayacağıq, lakin Azərbaycanın bugünkü gündəliyi artıq yalnız həmin məsələlərlə müəyyənləşdirilməyəcək. Ona görə də Qəbələ kifayət qədər təchiz olunmuş və bu cür beynəlxalq tədbirlər üçün tam uyğun bir şəhərdir. Belə toplantının orada keçirilməsi başadüşüləndir. Eyni zamanda Azərbaycan alternativlərini də Türk dövlətlərinin rəhbərlərinə yavaş-yavaş göstərməlidir. Yəni, Azərbaycan balaca dövlət olsa da, belə imkanları çoxdur və qardaş ölkələrin rəhbərləri də bunu görməlidirlər.

Müzakirə olunacaq məsələlərə gəldikdə isə, təbii ki, burada əsas diqqət Türk Dövlətləri Təşkilatının inteqrasiyasının sürətləndirilməsinə yönələcək. İndi gündəlikdə elan ediblərmi, bilmirəm, amma çox istərdik ki, ortaq əlifba məsələsi ilə bağlı üzv dövlətlərin liderləri konkret bir qərara gəlsinlər, vaxt və qrafik təyin etsinlər ki, bu məsələ tam olaraq nə vaxt həllini tapacaq. Digər tərəfdən, çox arzulayardıq ki, Türk Dövlətləri Təşkilatının bayrağı artıq dövlət bayraqları ilə yanaşı rəsmən dalğalansın. Məsələn, Avropa Birliyində olduğu kimi, üzv ölkələrin bayraqları ilə bərabər birlik bayrağı da bütün rəsmi tədbirlərdə və dövlət qurumlarının binalarında ucaldılır. Biz də təşkilatın üzvü olaraq, ən azı beş əsas üzv dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bayraqları ilə yanaşı Türk Dövlətləri Təşkilatının ortaq bayrağının da dalğalanmasının vaxtı çatdığını düşünürük. Bu, həm birlik duyğularımızı daha da gücləndirəcək, həm də inteqrasiyanı davamlı edəcək.

Əlavə olaraq, gündəlikdə növbəti zirvə görüşü ilə bağlı məsələlər, ev sahibliyinin müəyyənləşdirilməsi və digər təşkilati məsələlər də müzakirə olunacaq. Bundan başqa, düşünürəm ki, dövlət başçıları hazırda geniş yayılmış hibrid hücumlarla bağlı da fikir mübadiləsi aparacaqlar. Çünki ən yaxın qardaş ölkə olan Türkiyədən belə Azərbaycana hücumlar təşkil edilə bilirsə, bu təhlükənin miqyası təsəvvür ediləndən daha böyüktür. Türkiyə dövləti Azərbaycanla iç-içə və yaxın olsa da, həmin ölkənin içindən Azərbaycana qarşı hücumlar təşkil edilir. Eyni zamanda Azərbaycanda da bəzi şəxslər qardaş Türkiyəyə qarşı hücumlar təşkil etməyə cəhd göstərirlər. Bu məsələlərin də zirvə çərçivəsində müzakirə olunacağı ehtimal edilir”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qaçqınkom”dan qazanxanada yaşayan keçmiş məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Next

Ermənistan atom reaktoru almağa hazırlaşır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv