Hadisə 

İmişlidə traktor motosikletlə toqquşdu: ölən var

İmişlidə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bəcirəvan kəndi ərazisində baş verib.

Rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi “Belorus – 82” markalı 30 K 248 traktorla Bərcivan kəndindən Bərcivan-Qaralar-İmişli avtomobil yoluna çıxarkən həmin yolla hərəkətdə olan, rayonun Yalavac kənd sakini, 1982-cü il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi “İJ-Planet” markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində S.Səmədov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Daha çox xəbərlər