İdman 

“Qarabağ” – “Kopenhagen” oyunu başladıCANLI YAYIN

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

Musavat.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

Daha çox xəbərlər