Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çin ölkəmizdə hansı sahəyə nə qədər sərmayə yatırıb?

By Vüsal Rafiqoğlu
08.10.2025 3 Min Read

Artıq BYD-nin Sumqayıt Sənaye Parkında istehsal etdiyi ilk elektrik avtobusu sərnişindaşıma fəaliyyəti  ilə məşğuldur

Əgər bu gün Azərbaycanın neft və qaz məhsullarının ixracı üçün ən yaxşı bazar Avropadırsa, qeyri-neft sektorunun səmərəli bazarı isə Asiyadır. Xüsusilə ərazi və əhali sayına görə Asiyanın birincisi, iqtisadi və hərbi qüdrətinə görə isə dünyanın ikincisi olan Çin Xalq Respublikası (ÇXR) ilə iqtisadi əməkdaşlıq ölkəmizə yeni dividendlər gətirir.

Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı ona görə zəruridir ki, son 20 ildə bu ölkənin iqtisadiyyatı yüksələn xətlə inkişaf edib. Yəni, ÇXR hazırda dünya iqtisadiyyatının artımında önəmli rol oynayır. Sənaye istehsalının həcmi üzrə lider mövqedədir və bu sahədə dünya istehsalının dörddən birini təmin edir. Asiyanın bu nəhəng ölkəsi həm də innovativ yenilikləri ilə diqqət çəkir. Çin günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısıdır. Hazırda bu ödkə qlobal elektrikli avtomobil satışlarının 65 faizinə sahibdir. Elmi araşdırmalara çəkilən xərclərə və  uğurlu nəticələrə görə Çin dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Bu qədim Asiya ölkəsi son illərdə qlobal texnoloji liderliyini möhkəmləndirərək süni intellekt, elektrikli nəqliyyat, kvant hesablama, dron texnologiyaları və batareya istehsalı kimi sahələrdə üstün mövqeyə yüksəlmişdir. Beynəlxalq iqtisadi təşkilatların heablamalırına görə, Çin 44 strateji texnologiyadan 37-də lider mövqedədir. Dünya Əqli Mülkiyyət Təşkilatının 2024-cü il hesabatında isə Çin dünya üzrə ən çox elmi-texnoloji klasterə sahib ölkə kimi təqdim olunur. Çin dünya üzrə ən çox patent müraciəti edən ölkədir ki, bu da «Huawei» və digər texnologiya nəhənglərinin qlobal rəqabət gücünü nümayiş etdirir.

Hazırda ÇXR dünya ticarətinin lokomotividir. Ötən il ixrac etdiyi məhsulların həcmi 3,58 trilyon, idxalı isə 2,59 trilyon dollar olub. Bununla da bu ölkə ixrac və  idxal üzrə ilk yerlərdə qərarlaşıb.   Nəqliyyat sahəsində Çin 48 min kilometrdən çox uzunluğa malik sürətli dəmir yolu şəbəkəsi ilə dünya lideridir.

Bu gün Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb. Bu gün Azərbaycan təbii resurslarda, Çin isə istehsal gücü və texnologiyada nisbi üstünlüyə malikdir. Ölkəmizin Çinə ixracı əsasən enerji və kimya məhsullarından ibarətdir. İdxal isə maşın-mexanika, elektronika və nəqliyyat vasitələridir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir. İki ölkə arasında əməkdaşlıq Çinin «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla həm də Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib. Hazırda Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, son bir neçə ildə xarici investorların ölkəmizə marağının artması birmənalı olaraq davamlı iqtisadi inkişafla bağlıdır. Xüsusilə Azərbaycanda investorlara yaradılan şəffaf və səmərəli mühit bu məsələdə əsas prioritetdir . Xarici investorlar aydın şəkildə görürlər ki, ölkəmizdə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətlərini də Azərbaycana investisiya yatırmağa sövq edir. Bu mənada, Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalının lokallaşdırılması layihəsi diqqət çəkir. Bu layihə Sumqayıt Sənaye Parkında reallaşdırılır. Belə ki, Sumqayıt Sənaye Parkında «BYD» ilə  «Azerbaijan Energy Automotive Factory» MMC-nin birgə istehsal etdkləri ilk elektrik avtobusu «BakuBus» MMC-yə təqdim olunub. Bununla da Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ildə imzaladığı «Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında» Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi daha da genişləndirilir.

Mütəxəssislər hesab edirlər ki ilk elektrik avtobusunun istifadəyə verilməsi Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir. İlk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin  paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq. Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Niyə bəzi insanlar çox yesələr də kökəlmirlər? – Açıqlama

Next

Hadrutun azadlığının beşinci ili

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv