Siyasət 

Tramp: İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görürVİDEO

 

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev haqqında yüksək fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Tramp deyib:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.

 

 

Whatsapp

Daha çox xəbərlər