Xankəndidə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib- FOTO
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində “Narkomaniyaya Yox Deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Tərlanxanım Allahverdiyeva, ETİHİ Xankəndi və Xocalı şəhər həmkarlar təşkilatının sədri İsmayıl Hacıyev, eləcə də Xankəndi şəhər polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər gənclərin sağlam həyat tərzi sürməsinin, zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, narkomaniya cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Daha sonra IX və XI sinif şagirdlərinə “Narkotikə Yox” mövzusunda geniş məlumat verilib, profilaktik məqsəd daşıyan video- rolik nümayiş etdirilib.
Tədbirin əsas məqsədi məktəbliləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq və onların sağlam düşüncəli, məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək olub.