Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İnsanları dinə onlar nifrət etdirir

By Vüsal Rafiqoğlu
17.10.2025 3 Min Read

İlahiyyatçı: “Bu tip dindarlar hazır mətnlərin, risalələrin əsiridirlər…”

İlahiyyatçı olmaq yalnız dini biliklərə sahib olmaqla məhdudlaşmır. Bu, həm də elmi hazırlıq, mənəvi dərinlik, əxlaqi keyfiyyətlər və müasir dünyanı anlama bacarığı tələb edən kompleks bir vəzifədir. Hər bir ilahiyyatçı özünü həm elm sahəsində, həm də cəmiyyət içərisində məsuliyyətli və nümunəvi bir şəxs kimi yetişdirməlidir. Mütəxəssislərə görə, ilk olaraq ilahiyyatçının elmi hazırlığı güclü olmalıdır. Qurani-Kərim, təfsir, hədis, fiqh, əqidə, İslam tarixi kimi əsas dini elmlərdə möhkəm bilgi sahibi olmaq vacibdir.

Bu elmləri dərindən öyrənmək üçün ərəb dilini mükəmməl bilmək zəruridir. Çünki İslamın əsas mənbələri ərəb dilindədir və bu mənbələri doğru anlamaq yalnız dili dərindən bilməklə mümkündür. Bundan əlavə, müasir dövrdə dini bilikləri daha geniş təbliğ etmək və qlobal səviyyədə elmi müzakirələrə qatılmaq üçün ingilis, türk və digər dilləri öyrənmək də faydalıdır. Eyni zamanda fəlsəfə, psixologiya, sosiologiya, tarix kimi müasir elmlərlə tanışlıq ilahiyyatçının düşüncə dünyasını zənginləşdirir və dini mövzuları daha geniş kontekstdə anlamağa kömək edir.

Ən vacibi isə ilahiyyatçının mənəvi və əxlaqi keyfiyyətlərinin ön planda olmasıdır. O, davranışı ilə insanlara nümunə olmalı, sözündə və əməlində səmimi, ədalətli və dürüst davranmalıdır. Təvazökar olmalı, özünü heç kimdən üstün görməməlidir. Dinlə insanları qorxutmaq və sıxmaq əvəzinə, onlara ümid və sevgi verməli, mərhəmət və hikmətlə yanaşmalıdır. İlahiyyatçının məqsədi insanlara Allahı tanıtmaq və sevdirmək olmalıdır, qorxu və təzyiq yolu ilə deyil.

Müasir dünyanı və cəmiyyəti tanımaq da ilahiyyatçının üzərinə düşən mühüm vəzifələrdəndir. Keçmiş dini mənbələrlə yanaşı, yaşadığı dövrün reallıqlarını da yaxşı bilməlidir. Cəmiyyətin sosial, iqtisadi və mədəni vəziyyətini anlamaq, dini bilikləri bu çərçivədə insanlara təqdim etməyi asanlaşdırır. Xüsusilə gənclərlə, qadınlarla və fərqli təbəqələrlə sağlam ünsiyyət qurmaq bacarığı ilahiyyatçının təsir dairəsini artırır.

Bəzi hallarda isə radikal düşüncəli dindarlar insanları yanlış yönləndirir, düşüncələrinin ifrat dərəcədə kəskin olması insanları nəinki dinə yaxınlaşdırır, əksinə, dindən uzaq salır.

Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov |  Hafta.az

Elvüsal Məmmədov

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Zəka (qəlb deyil!) ideoloji bütlərin əsiri olduqda sektantizm yaranır. İnsanda 4 meqakoqnitiv gen mövcuddur: insan davamlı yenilik axtarışındadır; həyatın mənasını müəyyən etməyə çalışır; ölümlü canlı olduğunun fərqinə varır; zamana şüurlu münasibət bəsləyir. Deməli, bizi şimpanze, yaxud qorilladan fərqləndirən bu beşfaizlik hissə çox mühümdür. Məhz buna görə biz heyvan deyilik, insanıq, duyğular, ağıl və ruh müəmmalı canlını – insanı ifadə edir.

Ağılı inkişafdan saxlamaq olmaz, biz qəlbimizlə inanır, ağlımızla düşünürük. İnsan zəkasını inkişafdan saxlayan ən böyük amil uşaqlıq vərdişləri və təcrübəsidir. Düşünən, tənqid edən, axtaran, tənqidi münasibət bəsləməyi bacaran uşaqlar tərbiyə etməsək, universitet təhsili onlara sadəcə informasiya ötürəcəkdir, zəkalarını itiləyib düşünən, tənqid edən hala gətirməyəcəkdir. Hər bir sahədə, o cümlədən din sahəsində də bu cür şəxslər istisna edilmir. İllərlə mədrəsə oxuyur, universitet bitirir, amma adi dini məsələlərdə “ictihad” edə bilmir, keçmişlə yaşayır, dini mətnləri başqalarının gözü ilə görür, ağlı ilə düşünür. Bəli, zəkanın açılmasına, sağlam münasibətə, tənqidi düşünməyə mane olan bütlər, klişelər, trafaret, hazır çərçivələr vardır. Ağılı, düşüncəni əsla qəlibə salmaq olmaz, insan qəliblərlə düşündükdə zəka donuqlaşır, qafa daşlaşır, fikirlər ətalətdən xilas ola bilmir. Qeyd edim ki, konseptual düşünməklə qəliblərdə var-gəl etmək ayrı-ayrı şeylərdir. Dini sahədə müşahidələr göstərir ki, çox az adam düşüncə bütlərini qırmış, ayrı-ayrı məzhəb mənsublarının bir-birinə güvənməsinə, müsəlmanların bir sıra mühüm məsələlərdə dövrlə ayaqlaşmasına, dövrün zəkası ilə düşünməsinə mane olan qəlib fikirlərdən, təfəkkür paradiqmalarından qurtulmuş, qan axıdan, heydən salan, ədavət aşılayan şüarları dəfn edə bilib. Təhlükə ondadır ki, ilahiyyat təhsili olan, ilahiyyatı, Allah adından danışmağı inhisarda saxlamaqda maraqlı olan şəxslər bu gün xəstə və çürük, üfunətli ənənədən müsəlmanların uzaqlaşmasını istəmirlər”.

İlahiyyatçı əlavə edir ki, bu tip dindarlar hazır mətnlərin, risalələrin əsiridirlər, araşdıran, müqayisə, təhlil və tənqid edən təfəkkürdən uzaqdırlar: “Fərqli dövr və yerlərdə yazılmış ədəbiyyatı götür-qoy etmədən, tənqidin süzgəcindən keçirmədən günümüzə daşıyan bu “salnaməçilər”in çıxışlarına, danışdıqlarına baxdıqda dərindən ah çəkirsən: Bunlarmı bizdə din məsələsini həll edəcək, qibtə olunacaq inanclı şəxslər yetişdirəcək?! Konservləşdirilmiş fitvalarla, ittihamedici və müdafiəyə məcbur buraxan moizələrlə, bəsit təfəkkür formalaşdıran bəsit və ibtidai izahlarla, dövrün deyil, keçmişin insanına xas ritorika ilə uzağa getmək mümkün deyil.

XXI əsrin insanı qulaq asmaq istədikdə kimə qulaq asır: keçmişdə qalan üslubu, informasiyanı, ədavəti, ixtilafı bu günə daşıyan ilahiyyat diplomu, yaxud icazəli olanlara, yoxsa insan ruhunun narahatlığını oxuyub onun gizli tərəflərinə sığal çəkən, habelə zəkanın da doymaq bilməyən inadını qırıb tərsliyini ram edən ürək və ağıl sahiblərinə?!”

Hazırladı: Afaq Mirayiq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Next

Xəstə artıb, yoxsa qiymət: 1 milyardlıq dərman xərci…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv