Dünya 

İspaniyada qatar yük maşını ilə toqquşub, 5 nəfər yaralanıb

İspaniyanın Malaqa əyalətində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

ARANTV.AZ reportaz-a istinadən xəbər verir ki, hadisə zamanı qatar relsdən çıxmayıb.

Nəşr yazır ki, qatarda 2, yük maşınında isə 3 nəfər yaralanıb.

Hazırda dəmir yolu rəhbərliyi zədə alması səbəbindən qatarın ən yaxın stansiyaya necə aparılması məsələsini araşdırır.

Qəzanın səbəbləri hələ ki, açıqlanmır.

Daha çox xəbərlər