Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından
həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur.
Görüş zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələrin çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu qeyd etdi.
Fəxr ilə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də bütün Türk dünyası üçün mühüm hadisədir. Odur ki, səfərin gündəliyi iqtisadiyyat, nəqliyyat, energetika, Orta Dəhlizin inkişafı, logistikanın genişləndirilməsi, humanitar əməkdaşlıq və Xəzərin dayazlaşması kimi mühüm istiqamətləri əhatə etmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev
işğal dövründə Qazaxıstanın bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəklədiyini və sülh prosesinə kömək etdiyini, 8 avqust 2025 ci il tarixdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin Vaşinqtonda paraflanmasından sonra da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəstəyini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı “Onu da qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Azərbaycan Prezidenti iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələrdən, Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişikliklər, modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən, süni intellektin inkişafı üzrə həyata keçirilən islahatlardan, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndiyini və bütün dünyada etibarlı tərəfdaşa çevrildiyini xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə bir olan qardaş dəstəyini minnətdarlıqla vurğuladı.
İnamla demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu səfər çərçivəsində dövlət başçıları geniş tərkibdə görüşərək regional əməkdaşlıq, nəqliyyat-logistika layihələri və beynəlxalq məsələlər barədə geniş müzakirələr apdılar.
İnamla demək olar ki, bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur.
Günay Əzimzadə – Bərdə rayon Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin tarix müəllimi

