Dünya 

Şəlalədə FACİƏ: Ana və 2 övladı faciəvi şəkildə öldü – VİDEO

Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şəlalədə faciəvi hadisə baş verib.

Ölkə mediasıda yayılan məlumata görə, hadisə saat 12:30 radələrində ailəvi piknik zamanı baş verib. Gözlənilmədən yaranan güclü axıntı nəticəsində ailə üzvləri suyun içində qalıb.

Nəticədə 36 yaşlı qadın və onun 13 və 8 yaşlı iki övladının cansız bədənləri sudan çıxarılıb. Digər iki uşaq – 4 və 9 yaşlarında olan bacı-qardaş isə itkin düşüb.

Hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başladıb.

Daha çox xəbərlər