Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəfərimizin 5 yaşı – Bu gün möhtəşəm hərbi paraddır

By Vüsal Rafiqoğlu
08.11.2025 4 Min Read

8 Noyabr regionda yeni düzənin formalaşmasının başlanğıcıdır; Qarabağın azadlığına həsr olunan tədbirdə əsl müttəfiqlərimiz –  Türkiyə və Pakistan liderləri də iştirak edəcək 

Bu gün – 8 noyabr Zəfər Günüdür. Şuşanın erməni işğalından qurtuluşunu (8.11.2020), 44 günlük Vətən müharibəsində qələbəmizi simvolizə edən, xalqımızın qürurunu özünə qaytaran möhtəşəm bir tarixdir 8 noyabr.

Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu.

Zəfərin 5-ci ildönümü ilə bağlı bu gün Bakıda hərbi parad keçiriləcək. Hərbi parada hazırlıq işləri tam və uğurla başa çatdırılıb. Azərbaycan silahlı qüvvələrinin bütün qoşun növlərinin bölükləri hərbi paradda iştirak edəcəklər. Ordumuzun arsenalında olan ən müasir hərbi texnikalar, ən müasir modern silahlar nümayiş etdiriləcək. Dünya Azərbaycan dövlətinin, Azərbaycan ordusunun qüdrətinə bu gün bir daha şahidlik edəcək. Qələbənin 5 illiyi münasibətilə keçiriləcək hərbi parada qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və  qardaş Pakistanın baş naziri Şahbaz Şərifin qatılacağı isə bu möhtəşəm tədbirin möhtəşəmliyini, əhəmiyyətini daha da artırmış olacaq.    

Eyni zamanda, Türkiyə ordusunun Zəfər Günü münasibətilə təşkil olunacaq paradda heyəti iştirak edəcək. Paradda Prezident Türkiyə Qvardiyası Alayının Rəsmiyyət Birliyi və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 təyyarəsi də qatılacaq.

Onu da deyək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

 Aydın Hüseynov

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 8 Noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq iradəsini, milli həmrəyliyini və azadlıq uğrunda sarsılmaz mübarizə əzmini təcəssüm etdirir. Bu əlamətdar tarix ədalətin bərpasını, torpaqlarımızın azadlığını və milli qürurun dirçəlişini ifadə edir: “Zəfər Günü həmçinin müstəqil dövlətin gücünü, ordunun qüdrətini və xalqın birlikdə yazdığı şanlı qələbənin simvoludur. 27 sentyabrda başlanan Vətən müharibəsi 8 noyabrda işğalçının ağ bayraq qaldırıb təslim olması ilə nəticələndi. Bu tarix dünyaya yeni Azərbaycanı doğurmuş oldu, regionda, hətta deyərdim daha qlobal miqyasda yeni reallıqlar yaratdı. 8 noyabr zəfəri 2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatçı quldur rejiminin süqutunun və bütün ərazimizdə suverenliyimizin bərpasının əsasını qoydu”.

Deputat qeyd etdi ki, qələbə günündən keçən 5 ildə Azərbaycan işğaldan azad etdiyi ərazilərində böyük tikinti-quruculuq işlərini həyata keçirib, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına başlanıb: “Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun bərpası sürətlə və sistemli şəkildə davam edir. Yollar, enerji və kommunal sistemlər yenidən qurulur, şəhər və kənd yaşayış məskənləri müasir standartlara uyğunlaşdırılır, təhsil və səhiyyə obyektləri isə əhalinin rahatlığını və xidmət keyfiyyətini artıracaq şəkildə yenilənir. İqtisadi fəaliyyətin bərpası, yerli müəssisələrin təşkili və iş yerlərinin yaradılması, həmçinin regionda investisiya mühitinin gücləndirilməsi proqramın prioritet istiqamətlərindəndir. Sözügedən proqram Azərbaycanın regional liderlik potensialını daha da möhkəmləndirir, dayanıqlı inkişafın yeni mərhələsini yaradır və siyasi-iqtisadi sabitliyin təmin olunmasına töhfə verir. Həmçinin, bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin bərpası fonunda yerli əhalinin geri dönməsini təşviq edir və onların sosial inteqrasiyasını gücləndirir. Hazırda işğaldan azad olunan ərazilərimizdə 60 minə yaxın vətəndaşımız yaşayır və işləyir.  Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 16 mindən çoxdur. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına artıq 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il ən azı 4 milyard manat işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldilmiş olacaq.  Gələn il isə işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manatın ayrılması proqnozlaşdırılır. 2026-2029-cu illərdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Artıq işğaldan azad olunan ərazilərimizə sərmayə cəlbi də sürətlənməkdədir.  Yalnız Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına 50 milyon manatdan artıq sərmayə cəlb edilib. Bu Qarabağda iqtisadiyyatın formalaşması və reintqerasiya mərhələsindən xəbər verir.  Qarabağ iqtisadiyyatı Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq”. 

A.Hüseynov onu da dedi ki, torpaqlarımızı azad edib qələbə qazandıqdan sonra da Azərbaycan silahlı qüvvələri bütün istiqamətlərdə inkişaf edib: “Silahlı Qüvvələrin modernləşdirilməsi konsteksində yüksək texnologiyalı silah sistemləri, dron platformaları və dəqiq zərbə vasitələrinin tətbiqi ordunun əməliyyat çevikliyini və döyüş qabiliyyətini xeyli dərəcədə artırmışdır. Yerli müdafiə sənayesinin və elmi-tədqiqat-istehsal əlaqələrinin inkişafı, modern təlim proqramları və beynəlxalq təcrübə mübadiləsi personalın peşəkarlığını artırmış, ordunun taktiki-strateji potensialını yeni səviyyəyə qaldırmışdır. Nəticədə, bütün bu elementlər birlikdə müdafiə qabiliyyətinin davamlı güclənməsini, operativ çevikliyin yüksəlməsini təmin etmiş və regional sabitliyə töhfə verən etibarlı dayaq rolunu oynamışdır. Azərbaycan ordusu cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi ən müasir güclü ordulardan birinə çevrilib. Ordumuz Türkiy-NATO ordusu modelinə keçib. Azərbaycan ordusunun inkişaf strategiyası, 44 gün günlük müharibədə nümayiş etdirdiyi döyüş taktikası bu gün dünyanın bir sıra ordularında, hərbi məktəblərində öyrənilir. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq başlanan ”Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun yüksək koordinasiyalı, çevik və strateji hazırlığını nümayiş etdirib. Əməliyyat boyu həyata keçirilən planlı hücumlar, dəqiq zərbə taktikasının tətbiqi, komanda-idarəetmə sistemlərinin effektiv fəaliyyəti və ordunun müxtəlif qoşun növləri arasında tam sinxronlaşdırılmış hərəkəti Azərbaycan Silahlı Qüvvələrinin müasir döyüş standartlarına tam uyğunluğunu göstərib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqların azad edilməsi yalnız hərbi baxımdan deyil, həm də milli iradə, xalq birliyi və dövlətin strateji uzaqgörənliyinin təntənəsinə çevrilib. Bu Qələbə diplomatik müstəvidə də ölkəmizin mövqelərini gücləndirib, regionda yeni reallıqlar yaradıb və beynəlxalq aləmdə ədalətin bərpası kimi dəyərləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi,  bu şanlı tarix bizimlə əbədi olacaq, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq daim fəxr edəcəklər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsgərlərimizə şad xəbər – 2026-cı ildən…

Next

“Təranə azadlığa buraxıla bilər”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv