Cəmiyyət 

Vətən müharibəsi şəhidi Elgün Abdullayevin ildönümündə xatirəsi anılıb

09 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Abdullayev Elgün Əmirxan oğlunun ildönümüdür. Bu münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

 

Daha sonra tədbir iştirakçıları şəhid Elgün Abdullayevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

Daha çox xəbərlər