Cəmiyyət 

Tərtərdə polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər -FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin Vətən müharibəsində şəhid olmasının ildönümü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.

 

Şəhidin əziz xatirəsi məzarı başında ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın unudulmaz xidmətlərindən söz açılıb.

 

Tərtər RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq.

 

Şəhid Cahangir Surxayzadənin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, polis əməkdaşlarına məmnunluqlarını bildiriblər.

Daha çox xəbərlər