Region Xəbərləri 

Şəhidlərin ildönümlərində xatirələri anılıb

11 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Əlizadə Xəyal Nəsrəddin oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

 

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhərində və Vurğun qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

Daha çox xəbərlər