Dünya 

Hindistan səfərində kim qalib olacaq – Putin, yoxsa Tramp?

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Hindistana səfər etməyə hazırlaşır. Bəs Hindistana birinci kim səfər edəcək: Putin yoxsa Tramp?

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Kremldən yayılan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna qədər Hindistana səfər etməyi planlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna qədər reallaşacağını bildirib. “Hazırda Putinin bu ilin sonuna qədər planlaşdırılan Hindistan səfərinə fəal şəkildə hazırlaşırıq. Ümid edirik ki, bu, mənalı bir səfər olacaq”, – deyə o bildirib.

Bu arada, ABŞ prezidenti Donald Trampın da Hindistana potensial səfəri barədə xəbərlər yayılıb. Tramp Hindistanla ticarət sazişi imzalamağa hazırlaşır. Ağ Ev sahibi bir neçə gün əvvəlki açıqlamasında Hindistanın baş naziri Narendra Modi ilə danışıqların əla getdiyini deyib. Tramp yaxın zamanlarda Hindistana səfər edəcəyini istisna etməyib. Tramp buna qədər Hindistana yüksək tariflərin tətbiqini və bu ölkənin Rusiyadan neft almasından narazılığını ifadə etmişdi.

Buna baxmayaraq, Donald Tramp son həftələrdə ABŞ-Hindistan münasibətləri barədə nikbin danışmağa başlayıb. Trampın sözlərinə görə, Narendra Modi Rusiyadan neft alışını azaltmağı vəd edib. Ağ Ev sahibinin sözlərinə görə, bu baş verərsə, Hindistanla ticarət sazişinin yolu açılacaq. Hindistan rəsmiləri Vaşinqtonla razılaşmanın əldə edilə biləcəyinə işarə etsələr də, Dehlinin təzyiq qarşısında qərar verməcəyini vurğulayırlar.

Vaşinqtonun Hindistana tətbiq etdiyi tarifləri təxminən 15-20 faizə endirməyə razılaşsa, ticarət münasibətlərinin bərpa oluna biləcəyi və bunun da Hindistan ixracatının qlobal miqyasda rəqabət qabiliyyətini bərpasına imkan verəcəyini ümidləri artıb.

İqtisadi eksperlət Hindistanın Rusiya neftindən alışını azaldacağını ehtimal edirlər. Bu baş verməsin deyə, Rusiyanın Hindistana satdığı neftin qiymətinin daha da endirəcəyi bildirilir. Hindistanın böyük şirkətləri dekabr ayı üçün Rusiyadan neft alışı üçün müqavilə imzalamayıblar. Çinin ən böyük neftayırma şirkəti də Rusiya neftinin alışından imtina edib. Çinin və Hindistanın neftayırma şirkətləri ABŞ-ın sanksiyaalrından qurtulmağa çalışırlar. Misal üçün ABŞ Macarıstan üçün istisna edib və bu ölkə Rusiyadan neft ala biləcək. Çin və Hindistan belə bir istisnanın onlar üçün də tətbiqini istəyirlər”.

Elxan Şahinoğlunun fikrincə, Rusiya və ABŞ Prezidentlərindən hansının birinci Hindistana səfər edəcəyi Dehlinin neftin alışı ilə bağlı siyasətindən asılı olacaq.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər