Hikmət Hacıyevdən Emin İbrahimovun vəfatı ilə bağlı PAYLAŞIM – FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.
Musavat.com xəbər verir ki, bu barədə “X”də edilən paylaşım edib.
“Allah rəhmət eləsin”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

