Region Xəbərləri 

Əsas prinsip sosial ədalət prinsipidir.

Prezident İlham Əliyev 12 noyabr 2025-ci il tarixdə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı çıxışında vəzifəli şəxslərin, dövlət məmurlarının şəxsi keyfiyyətləri ilə bağlı məsələlərə, ölkədə həyata keçirilən əsas infrastruktur layihələrinə, kadr islahatlalarına, korrupsiya ilə mübarizə sahəsində görülən işlərə, məşğulluqla bağlı məsələlərə və ekologiyanın qorunmasının vacibliyinə toxunmuşdur. O, çıxışında vəzifəli şəxslərdən dövlət məmurlarından təvazökar olmalarını, cəmiyyətdə özlərini sadə aparmalarını, vətəndaşlara hörmətlə yanaşmalarını və onların problemlərini səlahiyyətləri çərçivəsində tezliklə həll edilməsinə kömək etmələrini, əhalinin arasında olmalarını, insanlara diqqət və qayğı göstərmələrini, xalqa xidmət etmələrini, xalqla bir yerdə olmalarını, təkəbbürlü olmamalarını, özlərini hamıdan üstün tutmamalarını, düzgün kadr seçimi etmələrini, öz işlərinə məsuliyyətlə yanaşmalarını və peşəkar olmalarını, onlara göstərilən yüksək etimadı doğrultmalarını, ölkə başçısı tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmələrini, əyri yola getməmələrini, korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparmalı olduqlarını, qanunsuzluğa yol verməmələrini tələb etmişdir. Həmçinin bildirmişdir ki, qanun qarşısında hamı bərabərdir və qanunsuzluğa yol verən hər bir şəxs barəsində lazımi ölçülər götürüləcəkdir.
Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda bir sıra infrastruktur layihələri və dövlət investisiya proqramları həyata keçirilmişdir. Bir sıra regional inkişaf proqramları uğurla icra olunmuşdur. Demək olar ki, infrastruktur lahiyəsi çərçivəsində butün bölgələrimiz elektrik enerjisi ilə təmin olunmuşdur. İşğaldan azad edilmiş ərazilərimizdə də elektrik infrastrukturunun yaradılması üçün şərait vardır. Magistral yollarımız bütün standartlara cavab verir. Şəhərlərarası yollar təmir olunmuşdur. Kənd yollarının təmiri üçün də işlər görülür. Ölkəmizdə içməli su layihələri uğurla həyata keçirilir, kəndlərin içməli su ilə təmin edilməsi ilə bağlı da işlər görülür. Suvarma lahiyələrinin icra edilməsi üçün yeni su anbarlarının, su kanallarının tikintisi davam etdirilir. Sosial infrastruktur layihələri çərçivəsində yeni məktəblər, xəstəxanalar, idman obyektləri inşa edilir. Kadr islahatları nəticəsində bu sahədə vəziyyət müsbətə doğru xeyli dəyişmişdir. Ölkədə məşğulluğun təmin edilməsi əsas aktual məsələlərdən biridir. Azərbaycanda son zamanlarda məşğulluq sahəsində həyata keçirilmiş islahatlar nəticəsində işsizliyin səviyyəsi aşağı enmişdir. Bölgələrdə işsizliyin azaldılması üçün dövlət tərəfindən müxtəlif işlər görülür, müəssisələr yaradılır, sahibkarlara hər cür dəstək göstərilir, güzəştli şərtlərlə kredit verilir. Məşğulluğun təmin edilməsi üçün yeni iş yerləri açılmalı, sahibkarlara şərait yaradılmalı, yerli istehsal inkişaf etdirilməlidir. Kənd təsərrüfatı və turizm sahəsinin inkişafına da dövlət tərəfindən önəmli dəstək göstərilir. Ekoloji tarazlığın qorunmasına və ətraf mühitə dövlətimiz tərəfindən böyük diqqət göstərlir. Azərbaycanın şəhərlərində yeni parklar salınır, yaşıllıq sahələri genişləndirilir, təbiətin çirkləndirilməsinin qarşısı alınır. Dövlət tərəfindəın görülmüş işlər nəticəsində bölgələrimiz bu gün ən yüksək standartlara cavab verir. Bunu Azərbaycan vətəndaşları əyani şəkildə görür. Ölkə ərazisində 9 beynəlxalq hava limanı, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma, içməli su ilə bağlı layihələr, qazlaşdırma son illər ərzində görülən işlərdəndir. Biz inanırıq ki, Azərbaycan bundan sonra da möhtərəm Prezidentin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir.
Zaur Quliyev-Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri

Daha çox xəbərlər