Gündəm 

“Uşaqpulu kişiləri tənbəlləşdirər?” – Bakı sakinlərindən sərt REAKSİYALAR

Son günlər cəmiyyətimzdə uşaqpulu məsələsi yenidən qızğın müzakirə mövzusuna çevrilib. Müzakirələrə təkan verən səbəb isə deputat Günay Ağamalının “uşaqpulu verilməməlidir, verilsə kişilərdə tənbəllik yaranar, heç kəs işləməz” məzmunlu açıqlamaları oldu. Deputatın bu fikirləri ictimaiyyətdə geniş rezonans doğurdu, sosial şəbəkələrdə və müxtəlif platformalarda müzakirələrə səbəb oldu.

Bunun ardınca jurnalist Səidə Bəkirqızı da məsələyə münasibət bildirərək “kişi ümumiyyətlə uşaqpulu istəməməlidir” deyə qeyd etdi. Bu açıqlama da cəmiyyətdə fərqli reaksiyalarla qarşılandı və mövzu ətrafında polemikanı daha da alovlandırdı.

Bəs vətəndaşlarımız necə düşünür – Azərbaycanda uşaqpulu bərpa olunmalıdırmı? Onların uşaqpulu ilə bağlı gedən bu müzakirələrə münasibəti necədir?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Daha çox xəbərlər