Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Türkiyənin dünya silah bazarındakı mövqeyi güclənir

By Vüsal Rafiqoğlu
20.11.2025 3 Min Read

Artıq qardaş ölkənin silah ixracı onun büdcəsinə on milyardlarla vəsait gətirir

Son 10 ildə qardaş Türkiyənin hərbi sənaye kompleksinin qazandığı ciddi uğurlar dünyanı heyrətləndirməkdə davam edir. Xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan silahlı birləşmələrini darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkələri qardaş Türkiyədən  bu aparatlardan almaq üçün sıraaya düzüldülər. Bu gün Rusiya- Ukrayna müharibəsində Ukrayna ordusu Türkiyədən alınan PUA-larla dünyanın ən güclü ordularından birinə qarşı məharətlə döyüşür. Hazırda həmin PUA-lar dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.  Son 4 ildə Türkiyə yalnız PUA-ların ixracatından təxminən 8 milyard dollardan çox gəlir əldə edib. Qardaş ölkə bu uğurlarını davamlı etdirmək üçün hərbi büdcəsini durmadan artırır. Tüpkiyə 2024-cü ildə bu sahəyə 26 milyard dollar ayrımışdı ki, bu da ötən ildəkindən 500 milyon çoxdur.

2024-cü ilin may ayında isə qardaş Türkiyə özünün «Kaan» milli döyüş təyyarəsini təkmilləşdirərək ilk uçuş sınaqlarını keçirməklə dünyanın diqqət mərkəzinə düşdü. «Kaan» Türkiyənin ilk milli döyüş təyyarəsi olmaqla həm də yeni nəsil hərbi təyyarədir. Qardaş ölkə bu təyyarələri  ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Sözügedən təyyarə radarlardan itmə xüsusiyyətinə və səsdən iti sürətinə görə digərlərindən ciddi şəkildə fərqlənir. Artıq Rusiya «Kaan»ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq da təklif edib  Həmçinin Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Son bir ildə isə Türkiyənin hərbi silah ixracatı 7.1 milyard dolları keçib. Ankaranın hədəfi, 2027-ci ilə qədər ixracat dəyərini 10 milyard dollara çatdırmaqdır. Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın 111 ölkəsinə ixrac edilir. Hətta Avropa İttifaqının Polşa, Rumıniya, İspaniya, İtaliya, Xorvatiya, Sloveniya və Estoniya kimi üzv ölkələri də Türkiyə silahlarının müştəriləri sırasındadır.

Türkiyənin  silah ixracatı statistikası belədir: 40 ölkəyə 4500 zirehli döyüş maşını, 10 ölkəyə 140 döyüş gəmisi, 50 ölkəyə 770 pilotsuz uçuş aparatı (PUA), 24 ölkəyə 1200 elektro-optik sistem və sabit silahlar, 8 ölkəyə həmlə helikopterləri, 10 ölkəyə radar, 3 ölkəyə yüngül freqat, 111 ölkəyə yüngül silahlar, 11 ölkəyə 1500 gəzən sursat (kamikadze dron) və 2 ölkəyə «Hürkuş» təlim təyyarəsi.

Türkiyə Avropanın bir çox ölkələri ilə silah müqavilələri imzalayıb. Bunlara İspaniyaya «Hürkuş»” təlim təyyarəsinin satışı, İtalyan «Leonardo» şirkəti ilə PUA-ların birgə istehsalı, Sloveniya, Estoniya, Rumıniya və Ukraynaya zirehli maşınların satışı, Albaniya, Polşa və Xorvatiyaya PUA-ların satışı, Portuqaliyaya dəstək gəmisi və Almaniya ilə topların sursatının birgə istehsalı müqaviləsi daxildir.

Türkiyənin dövlət və özəl hərbi sənaye müəssisələri gələcək üçün daha geniş proqramlar da nəzərdə tutublar. Məsələn, Əlcəzairə 10 ədəd «ANKA-S» PUA-sı və Mərakeşə 13 ədəd «Bayraktar» PUA-sının satışı buna misal ola bilər. Nigeriya da iki patrul gəmisi və 6 ədəd «T129 ATAK» həmlə helikopteri sifariş edib. Ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ilk ixrac müqaviləsinin imzalanması qlobal müdafiə sənayesində mühüm inkişaf kimi qiymətləndirilir. Türkiyənin «Baykar» texnologiya şirkəti İndoneziyaya 60 ədəd «Bayraktar TB3» və «Bayraktar Akıncı» pilotsuz zərbə dronları satıb.

Qardaş ölkə Ukrayna və Pakistanla yüngül freqatların (korvet) tikintisi üçün müqavilələr imzalayıb. Cari ilin iyul ayında İndoneziya ilə 48 ədəd «KAAN» qırıcısının satışı barədə müqavilə imzalanıb. Bu yaxınlarda isə Türkiyənin «Havelsan» şirkəti Misirin «AOI» şirkəti ilə PUA-ların birgə istehsalı üçün müqavilə imzalayıb. Suriya ilə hərbi əməkdaşlıq müqaviləsinin imzalanması və Türkiyə zabitlərinin bu ölkədə yerləşdirilməsi ilə silah satışının artacağı gözlənilir. Ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ilk ixrac müqaviləsinin imzalanması qlobal müdafiə sənayesində mühüm inkişaf kimi qiymətləndirilir. Türkiyə bu müqavilə ilə böyük bir silah ixracatçısına çevrilmək yolunda mühüm bir addım atıb.

Qardaş ölkənin hərbi sənayesində digər çox önəmli məsələ isə Türkiyənin Polad Günbəzi, yəni  çoxqatlı hava hücumundan Müdafiə Sistemidir.

Türkiyə, həmçinin 2025-ci ildə keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində adi silahlar sahəsində böyük bir inkişaf nümayiş etdirərək, «Qazab» və  «Hayalət»  adlanan iki güclü adi bomba təqdim etdi. Bu bombalar 90 metr dərinlikdə qaya və torpaq altında partlama qabiliyyətinə malik iki sığınacaq qırıcı bombadır. “Hayalət” bombası bir adada sınaqdan keçirilmiş və qaya və torpaq altında 90 metr dərinlikdə partlayış yarada bilmişdir.

Təbii ki, qardaş Türkiyənin  hərbi sənayesinin qlobal gücə çevrilməsi təkcə özünün deyil, bütün Türk dünyasının əmin- amanlığının qarantıdır. Xüsusilə indiki gərgin mərhələdə  Azərbaycan Ordusunun NATO-nun ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələrinə uyğun modernləşdirilməsi  önəmli hadisədir və hərbi gücümüzə güc qatacaq amildir.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qayıdışın, Zəfərin və Yenidənqurmanın Rəmzi – Ağdam Şəhəri Günü

Next

Şirvanın “zümrüd”ü niyə yoxa çıxır?..

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv