Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Saxta və keyfiyyətsiz məhsullar satan mağazalar…

By Vüsal Rafiqoğlu
22.11.2025 3 Min Read

Dövlət Agentliyi «Baku Electronics», «ABC Telecom», «Trust Lux» MMC-ləri rəqabət qanunvericiliyini pozduqlarına görə cərimələyib

Məlumdur ki, bir çox bazarlarda və mağazalarda müştərilərin aldadılması halları hələ də davam edir. Xüsusilə xaricdən idxal olunan məhsulların markalarının saxtalaşdırılması, onların istehsal tarixlərinin dəyişdirilməsi, istehsalçı ölkələrin adlarının qəsdən yanlış göstərilməsi, hətta zəmanət müddətlərinin azaldılması alıcıların haqlı narazılığına səbəb olur.

Axır ki, son bir neçə gündə  istehlakçıları aldadan, onların hüquqlarını pozan bir neçə tanınmış mağazalar və fiziki şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aşkarlanaraq ictimaiyyətə tanıdıldı. Həmçinin Agentliyə daxil olmuş şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində altı təsərrüfat subyektinin rəqabət qanunvericiliyini pozduğu müəyyən edilib və onlar barəsində icrası məcburi göstərişlər verilib.

Agentliyin məlumatına görə, aparılan ilkin araşdırmalar «Baku Electronics» MMC, «ABC Telecom» MMC, «Trust Lux» MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində haqsız rəqabət əlamətlərini təsdiqləyib. Bununla əlaqədar qeyd olunan subyektlər üzrə rəqabət qanunvericiliyinin pozulması faktları əsasında işlər qaldırılıb və müvafiq qərarlar qəbul olunub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, «ABC Telecom» MMC-nin satdığı «HOFFMANN» markalı elektrik qızdırıcıları Çində istehsal olunsa da, qablaşdırmada Almaniyaya aid təsvir və ifadələrdən istifadə olunaraq istehlakçıları aldatmaq məqsədi güdülür.

Oxşar hal  «Baku Electronics» MMC –də baş verib. Belə ki, MMCnin mağazalarında  «YOSHIRO» markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışında istehlakçıları çaşdıra biləcək məlumatlardan istifadə edilib. Məhsulların faktiki istehsalçısı Çin və Özbəkistan olsa da, reklam və qablaşdırmada «Yapon ənənəsi», «Yapon keyfiyyəti» kimi ifadələrin işlədilməsi onların Yaponiyada istehsal olunduğu təsəvvürü yaradıb. Bu hal Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Digər bir istehlakçı hüququnu pozan  hüquqi şəxs isə «Trust Lux» MMC olub. Bu MMC tərəfindən satılan  «Y.A.Ş» markalı sanitar-texniki məhsulların qablaşdırılmasında da istehsal ölkəsi barədə yanlış məlumatlara yol verildiyi müəyyən edilib. Çin istehsalı olan bu məhsulların üzərində Türkiyəyə aid xəritə təsviri və ifadələrin yerləşdirilməsi onların Türkiyə istehsalı kimi təqdim olunmasına səbəb olub.

Dövlət Agentliyinin yoxlamları nəticəsində  aşkarlanıb ki, fiziki şəxs Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus «ZAGAR BAKU» əmtəə nişanından qanunsuz istifadə edib. Bu hal da haqsız rəqabət kimi qiymətləndirilib.

Yoxlamlarda  fiziki şəxs Qurbanov Vüsal Nəriman oğlu tərəfindən satışa çıxarılan «AUX» markalı kontrafakt kondisionerlərin üzərində Azərbaycan ərazisində qorunan «AUX» əmtəə nişanının qanunsuz istifadəsi müəyyən edilib. Məsələdə cinayət tərkibi əlamətləri olduğuna görə araşdırma materialları Baş Prokurorluğa göndərilib.

Digər sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsal etdiyi süd məhsullarının etiketlərində «İVANOVKA» coğrafi göstəricisindən əsassız istifadə etməklə istehlakçılarda yanlış təsəvvür yaradıb və bununla rəqabət qanunvericiliyinin tələblərini pozub.

Azərbaycan Respublikasının Prezidenti yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqabət mühitinin pozulması hallarının qarşısının alınması üçün adıçəkilən təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər təqdim edib. Göstərişlərdə qanun pozuntularının dərhal aradan qaldırılması və gələcəkdə təkrarlanmaması tələb olunur.

Agentlik işgüzar münasibətlərdə şəffaflığın qorunması, ədalətli rəqabət mühitinin təmin olunması və istehlakçıların aldadılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib. Təbii ki, bu işin davam etdirilməsi həm də ona görə vacibdir ki, ölkəmizin  mağaza və bazarları saxta və keyfiyyətsiz məhsullarla doldurulmasın. Ona görə ki, keyfiyyətsiz məhsulların  idxalı və satışı sözün həqiqi mənasında müştərinin cibinə girmək deməkdir.

Eyni zamanda, keyfiyyətsiz və ucuz məhsulların kütləvi idxalı yerli bazara da mənfi təsir edir. Yəni, bu kimi hallar ölkə sahibkarılarına qarşı ədalətsiz rəqabət mühiti formalaşdırır ki,  bu da qətiyyən yolverilməzdir. Çünki haqsız rəqabət bazarlarda satışların məhdudlaşırılmasına, məhsuldarlığın azalmasına zəmin yaradan ciddi qüsurdur.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva və Alena Əliyeva LDU-nun nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar

Next

Faciəli şəkildə ölən ofisiantın cənazəsini “bəy maşını”nda daşıdılar – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv