Region Xəbərləri 

Bərdə İctimai Şurasının yeni sədri Vüsal Bayramov fəaliyyət prioritetlərini açıqladı

Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni təyin olunan sədr Vüsal Bayramov qurumun qarşıdakı fəaliyyət istiqamətləri barədə açıqlama verib. O bildirib ki, İctimai Şuranın əsas məqsədi vətəndaşlarla dövlət qurumları arasında əlaqələri gücləndirmək, ictimai nəzarəti artırmaq və rayon sakinlərinin problemlərinin operativ şəkildə araşdırılmasını təmin etməkdir.

 

Vüsal Bayramov vurğulayıb ki, yeni tərkib ilə Şura daha çevik və şəffaf fəaliyyət göstərəcək:

“İctimai Şura olaraq əsas prioritetimiz sakinlərin ictimai, sosial və kommunal sahələrlə bağlı qaldırdığı məsələləri yerində araşdırıb aidiyyəti qurumlara çatdırmaqdır. Hər bir müraciət bizim üçün önəmlidir və məqsədimiz problemlərin real həllinə nail olmaqdır.”

 

O bildirib ki, yaxın günlərdə bir sıra xidmət təşkilatları, o cümlədən təhsil və səhiyyə müəssisələrində görüşlər keçiriləcək, habelə əhalinin iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq:

“Bizim üçün vətəndaş məmnuniyyəti əsasdır. Şura fəaliyyətində şəffaflığı və açıq dialoqu prioritet tutacaq.”

 

Sədr əlavə edib ki, İctimai Şura bütün sakinlərin müraciətlərini diqqətlə dinləməyə və əməkdaşlığa hazırdır.

Daha çox xəbərlər