İran məhsullarının satışı ölkədə niyə qadağan olunmur? – SOSİOLOQ AÇIQLADI
Son vaxtlar ölkədə əhali arasında İran məhsullarına təlabat hədsiz artıb. Qiyməti ucuz olduğu üçün insanlar alış-veriş etdikləri zaman İran məhsullarına üstünlük verir. Lakin bu ölkənin məhsullarının keyfiyyətsiz olması səbəbindən bir çox ölkə öz ölkəsində İran məhsullarını qadağan edir.
Çünki ucuz qiymətə mənşəyi məlum olmayan qida və qeyri-qida məhsulları insan sağlamlığı üçün çox təhlükəlidir. Bəs ölkəmizdə İran məhsullarına niyə qadağa qoyulmur?
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, hər bir ölkədə əgər maddi vəziyyət aşağıdırsa və həmin maddi vəziyyəti dövlət öz imkanları ilə qarşılaya bilmirsə bu kimi şeylərə göz yumur. Onun sözlərinə görə, dövlət bu işlərə qarışmır ki, əhali ucuz qiymətə məhsullar ala bilsin: “Xüsusi ilədə İran məhsulları bölgələrdə geniş satılır. Bölgələrdə gəlir səviyyəsi aşağı olduğu üçün əhali öz gündəlik təlabatını İran məhsulları vasitəsi ilə ödəyir. Hansı ölkələrdəki İran məhsullarına qadağa qoyulur bu əsasən siyasi səbəblərlə verilmiş qərar olur. İstənilən halda əhali İran məhsullarından uzaq durmalıdır”.

