Yağıntılı hava bu tarixə kimi davam edəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

